Cümə, 23 Oktyabr, 2026

Abituriyentlərin nəzərinə!


  • Dərc edildi: 1 Fevral, 2019 - 01:03
Abituriyentlərin nəzərinə!

Bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunmuş “Abituriyent” jurnalının 1-ci sayında ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri və digər zəruri məlumatlar dərc olunub. Dövlət İmtahan Mərkəzinin elektron poçt ünvanına, Çağrı Mərkəzinə və sosial şəbəkələrdəki hesablarına qəbul imtahanının I mərhələsi üzrə fənlərə aid proqramlar və tapşırıq nümunələri ilə bağlı müraciətlər daxil olur. Nəzərinizə çatdırırı

q ki, qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün buraxılış imtahanı) üçün imtahan proqramları, qiymətləndirmə meyarları, ədəbiyyat siyahısı, test tapşırığı nümunələri və digər zəruri məlumatlar 2018-ci il noyabrın 2-də nəşr olunmuş “Abituriyent” jurnalının xüsusi buraxılışlarında (Azərbaycan və rus dillərində) təqdim olunub. Həmin jurnalları da DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və yawww.abiturient.az saytından sifariş etmək olar: Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M; Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 76
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 105
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 540
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 628
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 755
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 701
“Biologiyanın intera...