Cümə, 27 Mart, 2026

AccessBank Tələbə Təqaüd Proqramı


  • Dərc edildi: 6 Noyabr, 2018 - 07:35
AccessBank Tələbə Təqaüd Proqramı

Proqramın məqsədi yüksək potensiala malik tələbələrə dəstək olmaqdır.

AccessBank Tələbə Təqaüd Proqramı üzrə seçilmiş 10 tələbə növbəti semestr ərzində aylıq 100 AZN təqaüd alacaq. Bununla bərabər həmin tələbələr bankda təcrübə keçmək və bankın müxtəlif təlim və korporativ tədbirlərində iştirak etmək şansı əldə edəcək. Müsabiqə 2018-2019-cu tədris ili üzrə, bütün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 3 və 4-cü kurslarında, iqtisadiyyat yönümlü ixtisaslarında təhsil alan tələbələr arasında keçirilir.

Birinci seçim mərhələsi

Qeyd olunmuş şərtlərə uyğun tələbələr iştirak üçün online ərizə formasını doldurmalıdır. Ərizələr 18 Noyabr (daxil olmaqla) tarixinədək qəbul olunur.

İkinci seçim mərhələsi

Ərizə formasının qiymətləndirilməsi əsasında ikinci mərhələyə keçmiş tələbələrin məntiq və riyazi bilikləri yoxlanılacaq. Tələbələr 60 dəqiqə ərzində 40 testi cavablandıracaq. Növbəti mərhələyə keçid balı bütün namizədlərin nəticələri məlum olduqdan sonra AccessBank tərəfindən təyin olunacaq.

Üçüncü seçim mərhələsi

3-cü tur ingilis dilində müxtəlif mövzularda essay-lərin yazılmasından ibarət olacaq. Essay-lərin qiymətləndirilməsi aparılaraq mövzu ilə bağlı ən uyğun yazmış tələbələr sonuncu mərhələyə çağırılır.

Dördüncü seçim mərhələsi

Müsabiqənin sonuncu turu üz-üzə müsahibələr yolu ilə keçiriləcək. Müsahibəni AccessBank-ın əməkdaşlarından ibarət xüsusi komanda həyata keçirəcək. Komandanın tərkibinə müxtəlif sahələrdən olan mütəxəssislər daxildir. Müsahibə zamanı namizədlərin akademik bilikləri, dünya görüşü, müsabiqədə iştirak motivasiyası və s. barədə suallar veriləcək. Hər bir namizəd üçün suallar fərqli ola bilər. QEYD:İkinci və növbəti mərhələlərə dəvət olunmuş tələbələr rəsmi transkriptin və şəxsiyyət vəsiqəsinin yalnız əsli ilə buraxılır. Seçim mərhələləri zamanı mobil telefon, konspekt və digər yardımçı vasitələrdən istifadəyə icazə verilmir. Hər bir seçim mərhələsi və yeniliklərlə bağlı məlumatlar namizədlərin şəxsi elektron poçt ünvanları ilə bərabər, Bank-ın rəsmi məlumat kanalları (Vebsayt, Facebook, Instagram, Twitter, LinkedIn) vasitəsilə də elan ediləcək.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 202
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 364
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 64
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 63
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1071
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 540
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 301
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 548
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 162
VI Azərbaycan Astron...