Çərşənbə, 4 Fevral, 2026

"Ada mirası: informatikada qadınlar" tədbiri


  • Dərc edildi: 28 Mart, 2018 - 22:18
"Ada mirası: informatikada qadınlar" tədbiri

Qadınların informatika sahəsində peşəkar inkişaf və elmi araşdırma imkanları sizi də maraqlandırır? Maraqlı çıxışlar dinləmək, beynəlxalq “womEncourage 2018” konfransında iştirak etmək istərdiniz? Elə isə "Ada mirası: informatikada qadınlar" tədbirinə qoşulun. ADA Universitetindən deyilsinizsə, tədbirdə iştirak edə bilmək üçün mütləq qeydiyyatdan keçməlisiniz: http://ada-legacy-2018.eventbrite.com/. Qeydiyyat cümə axşamı, 19 aprel, saat 12:00-da bağlanacaq. “Ada mirası: informatikada qadınlar” ilk kompüter proqramçısı hesab olunan ingilis riyaziyyatçısı Ada Lavleysin (Ada Lovelace, 1815-1852) adı ilə bağlıdır. ADA Universitetində artıq 3-cü il keçirilən tədbirin məqsədi texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirərək, beynəlxalq “womEncourage 2018” konfransında iştirak etməyə həvəsləndirməkdir. 2016-cı ildə keçirilən birinci tədbirdən sonra 5 azərbaycanlı tələbə səfər təqaüdü qazanaraq ilk dəfə bu beynəlxalq konfransda iştirak etdi, ötən il isə bu say artıq 7 nəfərə çatdı. Bu il qlobal ACM-W təşkilatının sədr müavini, Bilkent Universitetinin müəllimi Reyyan Ayfer “Ada mirası”nın qonağıdır.

Tədbirdə Barselonadakı ötənilki “womENcourage” konfransında iştirak etmiş tələbələr öz təcrübələrini bölüşəcəklər. Həmçinin informatikanın tədrisi istiqamətində “Kod Saatı”, “Bebras” müsabiqəsi və “LEGO” robotlarının istifadəsi barədə çıxışlar olacaq. Daha sonra konfrans üçün təqdim olunan tədqiqat işləri qiymətləndiriləcək və təqdimatçılara məsləhətlər veriləcək. Tədbirin işçi dilləri Azərbaycan və ingilis dilidir. Hər il “womEncourage” tələbə və aspirantları informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş iştirakçılara konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü təqdim olunacaq. Əgər tədqiqatınızın posterini göndərməzdən əvvəl “Ada mirası: informatikada qadınlar” tədbirində mütəxəssislərin rəyini öyrənmək istəyirsinizsə, 16 aprel, saat 18.00-a qədər https://azerbaijan.acm.org/womencourage səhifəsindəki formanı dolduraraq göstərilən e-poçt ünvanına yollayın. Konfrans barədə daha geniş məlumatı https://womencourage.acm.org/ünvanından almaq olar. 21 APREL, 11:00-15:00 ADA University

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 33
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 35
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 16
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 161
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 257
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 367
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 472
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 58
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 347
Ted1.az saytı SATILI...