Adrenalini sevən hərkəs üçün Yamac Paraşütü - Paraplan Turu

*>>>> TARİX - 8 - MART <<<<<*

(Qeyd: Bu tur havadan aslı olaraq hər həftə olacaq)
----------------------------------
Bəs o əjdahadan bizdə niyə yoxdur deyənlərə. Həmin əjdahalar artıq bizdə də var.

Uçmağı, adrenalini, həyəcanı sevənlər, cəsarəti çatanlar və çatmayanlar, unudulmaz xatirə yaşamaq istəyənlər, dostlarının, rəfiqələrinin, iş yoldaşlarının yanında danışanmağa mövzu axtaranlar. Yığışın gedirik uçmağa.

Hamının videolarına həsrətlə baxıb kaş bizdə də olaydı da biz də gedərdik deməyə ehtiyac yoxdur. Artıq bizdə də var.

Yamac paraşütü turumuza qatılaraq sizə unuda bilməyəcəyiniz istirahət proqramı hazırladıq.

*Bu tura kimlər qatıla bilər:*
Özünə güvənən, mənlikdir deyən hamı, ancaq ...

Təzyiqdən əziyyət çəkənlər, ürəktutması olan, panik atakdan əziyyət çəkənlər, qaçmağı bacarmayanlar, çəkisi 80 kq - dan çox olan qadınlar və 100 kq -dan çox olan kişilər xaric.

Tura qatılmamışdan öncə ağır qidalar qəbul etmək, yumurta yemək, kofe içmək olmaz. Yüngül səhər yeməyi olar.
---------------------------------
🚌*Nəqliyyat saya görə təyin olunur*
*Xidmətlər:*
*☕️Samovar çayı - Fasilə zamanı*
*🌮Sendviç, meyvə şirəsi (250 ml)*
*🧇 Çay zamanı dəstgah və məzələr*

*Turun proqramı:*
07:30 - Toplanış
08:00 - Bakıdan yola düşürük
09:30 - Beşbarmaq dağına çatırıq (30 dəqiqə məlumatlandırma)
10:00 - 14:00 - Uçuruq
14:00 - 15:00 - Gəlmişkən Beşbarmaq dağına da çıxaq
- Qəşşşəng" samovar çayı içirik və doğma Bakımıza geri qayıdırıq
- Başlanğıc nöqtəsinə çatırıq və bir növbəti turumuzda yenidən görüşmək üzrə sağollaşırıq

*Turun qiyməti:*
*155 AZN*

*Qiymətə daxildir:*
Nəqliyyat (Bakı - Beşbarmaq - Bakı)
Yerli nəqliyyat (Uçuşdan sonra sizi yenidən Beşbarmaq dağına çatdıracaq)
Peşəkar bələdçi
Peşəkar paraşüt pilotu

Uçuş müddəti: hava şəraitindən asılı olaraq 10 -15 dəqiqə

Hava şəraitindən asılı olaraq turun tarixi dəyişdirilə bilər. Bunun üçün sizə 2-3 gün öncədən məlumat veriləcək.

*Bu turda nə qazanacaqsınız?*
- Uşaqlıqdan xəyalında olduğunuz uçmaq arzunuzun reallaşması
- Unudulmaz təcrübə
- Yeni insanlarla tanışlıq

Qeydiyyat: 0518432599 WP, 0774641868 WP

https://youtube.com/shorts/M-MZnQ8mlCY?feature=share

 
Paylaş