Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır! Avqustun 16-dan 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, DİM tərəfindən müvafiq qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub. Kitabçalarda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib. Daha əvvəl isə DİM orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib. Bu xüsusi buraxılışda “2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli” və digər faydalı məlumatlar təqdim olunub. “Abituriyent” jurnalının 4-cü nömrəsində isə 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən məsləhət mərkəzlərinə müraciət edə bilərlər. “Abituriyent məsləhət mərkəzləri” haqqında ətraflı məlumat aşağıdan tanış olmaq mümkündür. Abituriyentlər ərizə qəbulu ilə bağlı DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat Universitetlərində abituriyentlərə kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. “Abituriyent Məsləhət Mərkəzi” həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aşağıdakı ünvanlarda fəaliyyət göstərir: Bakı şəhəri Azərbaycan Universiteti Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71. Telefon: +994 12 431 41 17 Bakı Biznes Universiteti Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küç., 88a. Telefon: +994 12 431 79 51 (daxili nömrə: 226) Qərbi Kaspi Universiteti Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç, 27. Telefon:+994 12 492 61 63 Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç, 17. ("Prime" hospitalın yanı), Telefon: +994 12 565 39 76 Odlar Yurdu Universiteti Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç., 13. Telefon: +994 12 465 85 27 Bakı Avrasiya Universiteti Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küç., 135A Telefon: +994 12 564 62 66, 564 63 67 ( daxili nömrə: 137) Memarlıq və İnşaat Universiteti Unvan: Bakı şəhəri, Yasamal rayonu, A.Soltanova küç., 11 Telefon: +994 12 538 94 63 Dövlət İmtahan Mərkəzinin regional bölmələri Naxçıvan MR Regional Bölməsi Naxçıvan şəhəri, Atatürk küç., 10 +994 36 544 04 02 Göyçay Regional Bölməsi Göyçay şəhəri, Rauf İsayev küç., 43 +994 20 274 66 74 Şəki Regional Bölməsi Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182. +994 24 244 66 14 Xaçmaz Regional Bölməsi Xaçmaz şəhəri, M.Rəsulzadə küç., 7b. +994 23 325 01 21 Lənkəran Regional Bölməsi Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52 +994 25 255 24 82 Gəncə Regional Bölməsi Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina. +994 22 256 50 67 Şirvan Regional Bölməsi Şirvan şəhəri, Rəsulzadə küç, 19 +994 21 215 15 23 Bərdə Regional Bölməsi Bərdə ş., H.Əliyev prospekti, 100 +994 20 205-01-86 Şəmkir Regional Bölməsi Şəmkir, Bakı-Qazax şosesi, İnzibati bina “West gate” +994 55 214 97 00
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb