Azərbaycan sahibkarlarının və menecerlərinin biznes sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, bilik və bacarıqlarının artırılması, Almaniyanın qabaqcıl şirkətləri ilə birbaşa işgüzar əlaqələrinin qurulması məqsədilə 2009-cu ildən etibarən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” həyata keçirilir.
Proqrama qoşulan sahibkar və menecerlər 2 həftə müddətində Almaniyanın təlim mərkəzlərində keçirilən biznes təlimlərində iştirak edir (pandemiya dövründə onlayn təlimlərdə), eyni zamanda Almaniya şirkətlərində təcrübə keçərək şirkətlərlə işgüzar əlaqələrini genişləndirirlər.
Proqram ingilis dilindədir. İştirakçıların seçimi Almaniya mütəxəssisləri tərəfindən müsabiqə əsasında həyata keçirilir. İştirakçıların proqram çərçivəsində olan xərcləri (nəqliyyat xərcləri istisna olmaqla) Almaniya tərəfindən qarşılanır.
Proqramı uğurla başa vuran sahibkar və menecerlərə beynəlxalq sertifikatlar verilir.
“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” Azərbaycan tərəfindən əlaqələndiricisi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir (GİZ).
Proqrama qoşulmaq istəyən sahibkar və menecerlər KOBİA-ya müraciət edə bilərlər.
Ətraflı məlumat:
Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2022-2023-cü illərdə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin təşkilatçılığı ilə keçiriləcək “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün
MÜSABİQƏ ELAN EDİR
Mövzu: İqtisadi kooperasiya
Proqramın dili: İngilis dili
Xərclərin qarşılanması: İxtisasartırma kursunun xərcləri Almaniya tərəfindən qarşılanır
Proqram çərçivəsində nəzərdə tutulur:
Proqramın mərhələləri:
Namizədlər üçün tələblər:
Müsabiqənin keçirilməsi:
Müvafiq tələblərə cavab verən namizədlərlə GİZ-in mütəxəssislərinin iştirakı ilə onlayn müsabiqə keçiriləcək.
Müraciət qaydaları:
Proqramda iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri ingilis dilində və elektron qaydada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin [email protected] e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:
Ətraflı məlumat üçün:
(012) 404 04 01 / (055) 200 04 57, [email protected] (Məlahət Kazımova).
Qeyd: Proqram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən birgə həyata keçirilir.

- Rəqəmsal və əyani tədris metodlarının tətbiqi ilə təlimlər
- Almaniyada 2 həftəlik təlim proqramı
- Qabaqcıl Almaniya şirkətlərinin təcrübəsi ilə tanışlıq
- İşgüzar əlaqələrin qurulması
- Proqramın 21 tərəfdaş ölkəsindən 15000-dən çox məzunu olan beynəlxalq biznes cəmiyyətinə qoşulma imkanı
Proqramın mərhələləri:
- Hazırlıq mərhələsi (2 həftə virtual)
- Tədris mərhələsi (6 həftə Azərbaycanda virtual, 2 həftə Almaniyada əyani)
- Tətbiq mərhələsi (6-8 ay)
Namizədlər üçün tələblər:
- Ali təhsil (bakalavr və ya magistr dərəcəsi)
- Menecment sahəsində ən az 1 il iş təcrübəsi
- Yaşı 45-dən çox olmamalı
- Yaxşı səviyyədə ingilis dili
- Yüksək ünsiyyət və təqdimetmə bacarıqları
Müsabiqənin keçirilməsi:
Müvafiq tələblərə cavab verən namizədlərlə GİZ-in mütəxəssislərinin iştirakı ilə onlayn müsabiqə keçiriləcək.
Müraciət qaydaları:
Proqramda iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri ingilis dilində və elektron qaydada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin [email protected] e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:
- müraciət forması (Application Form);
- fərdi məlumatların qorunmasına dair ərizə (Data protection declaration / Privacy statement);
- Proqramda iştiraka razılığa dair əməkdaşın vəzifəsi qeyd edilməklə iş yerindən rəhbər şəxs tərəfindən təsdiq edilmiş arayış;
- Kooperasiya layihəsi (Cooperation project) (1-dən 5-dək olan bəndlər tam cavablandırılmalıdır);
- 3x4 ölçüdə rəngli foto şəkil;
- Xarici pasportun surəti (yalnız şəxsi məlumatları özündə əks etdirən səhifə).