Cümə, 20 Mart, 2026

Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!


  • Dərc edildi: 1 Yanvar, 2024 - 14:18
Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2024-cü il üçün   MÜSABİQƏ ELAN EDİR Mövzu: “İqtisadi kooperasiya” Proqramın dili: İngilis dili Proqramın strukturu: - Təlim mərhələsi: 6 həftə (onlayn təlim); - Almaniyada təcrübə: 2 həftə; - Praktiki icra mərhələsi: 5 ay; - Şəbəkələşmə tədbiri: 2 gün. Müsabiqədə iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri ingilis dilində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin [email protected] e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:   - Müraciət forması (Application Form); <

a href="https://eduonline.az/wp-content/uploads/2024/01/Application_Form_EN.pdf">Application_Form_EN   - Proqramda iştirakla bağlı şirkət rəhbərliyinin icazə məktubu;   Sənəd qəbulu 31 yanvar 2024-cü il tarixinədək davam edəcək.   Əlavə məlumatı aşağıdakı fayldan əldə etmək olar: Fit_for_Partnership_with_Germany_2024_EN Əlaqələndirici şəxs: Məlahət Kazımova, (+994 12) 404 04 01 / (+994 55) 200 04 57, [email protected]. Qeyd: Proqram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən birgə həyata keçirilir.

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 147
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 40
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 44
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1036
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 467
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 278
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 520
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 146
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 394
Digital Marketing üz...