Cümə, 27 Mart, 2026

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsi tərəfindən aprelin 22-də “Azərbaycandan Qazaxıstana dostluq körpüsü: Abay Kunanbayev-175” mövzusunda keçiriləcək respublika elmi konfransına məqalə qəbulu aparılır


  • Dərc edildi: 2 Fevral, 2020 - 14:35
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsi tərəfindən aprelin 22-də “Azərbaycandan Qazaxıstana dostluq körpüsü: Abay Kunanbayev-175” mövzusunda keçiriləcək respublika elmi konfransına məqalə qəbulu aparılır

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsi tərəfindən aprelin 22-də “Azərbaycandan Qazaxıstana dostluq körpüsü: Abay Kunanbayev-175” mövzusunda keçiriləcək respublika elmi konfransına məqalə qəbulu aparılır. Görkəmli qazax şairi Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək istəyənlər məqalələrini martın 10-dək hü[email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məqalələr aşağıdakı istiqamətləri əhatə etməlidir: – Abay Kunanbayevin həyatı və ədəbi irsi; – Abay Kunanbayevin lirikası;   – Abay Kunanbayevin poemaları; – Abay Kunanbayevin ictimai məzmunlu şeirləri; – Abay Kunanbayevin nəsihətləri; – Abay Kunanbayevin yaradıcılığının dil və üslub xüsusiyyətləri. Məqalənin tərtib forması: – Məqalə işçi dillərdən birində 5-10 səhifə həcmində Times New Roman şrifti ilə, 14 ölçüdə, sətirlərarası interval 1,5, paraqraf abzası 1 sm, səhifəkənarı ölçülər 2 sm olmaqla yazılmalıdır; –

Məqalənin əvvəlində ortadan tünd-qara şriftlə, böyük hərflərlə müəllifin adı, atasının adı, soyadı; onun altından kursivlə elmi dərəcəsi, vəzifəsi və aid olduğu təşkilat qeyd olunmalıdır; – Məqalələrin məzmunu elmi yeniliyi və aktuallığı ilə fərqlənməlidir; – Ədəbiyyat siyahısı məqalənin sonunda “İstifadə olunmuş ədəbiyyat” adı ilə verilməli və əlifba sırası gözlənilməlidir. Mətndə ədəbiyyata istinadlar mötərizədə mənbənin siyahıdakı nömrəsini və götürülən sitatın səhifəsini göstərməklə verilməlidir. (5, s. 132) və ya [3, s. 76]. Xülasə və açar sözlər: – Xülasə 5 cümlədən, açar sözlər isə 5 sözdən az olmamalıdır; – Məqalə Azərbaycan dilindədirsə – xülasə ingilis dilində, rus və ingilis dillərindədirsə – xülasə Azərbaycan dilində olmalıdır. Konfransda elmi dərəcəsi olan şəxslər (fəlsəfə və elmlər doktorları), müəllimlər, elmi işçilər, doktorant, magistrant və tələbələr (hər kəs yalnız bir məqalə ilə) iştirak edə bilərlər. #GUYS #Azərbaycangənclərinədəstək #agd

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 192
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 356
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 64
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 62
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1069
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 531
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 299
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 544
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 162
VI Azərbaycan Astron...