Çərşənbə axşamı, 25 Noyabr, 2025
Reklam

Apple şirkətinin növbəti həmləsi


  • Dərc edildi: 15 Sentyabr, 2018 - 09:46
Apple şirkətinin növbəti həmləsi

12 Sentyabr tarixində Apple şirkəti keçirtdiyi təqdimat çərçivəsində Apple Watch Series 4 smart saatını, iPhone Xs, Xs Max və Xr modellərini təqdim etdi. Məşhur analitik Ming-Chi Kuo ilə birlikdə bir çox digər analitiklər tədbirdən öncə proqnoz edirdilər ki, Apple şirkəti həmin tədbirdə sadalanmış cihazlardan əlavə olaraq yeni iPad Pro, AirPods, MacBook Air, Mac Mini və Mac Pro modellərini də təqdim edəcək. Lakin bu baş vermədi. Çox güman ki, şirkət yerdə qalan əsas məhsullarını yaxın zaman ərzində təqdim edəcək. Apple şirkətinin təqdimatından əvvəl göstərilmiş videoya baxmış analitiklər düşünürlər ki, videodakı qız Sirisəsli köməkçisinə təqdim olunmamış AirPods 2 qulaqlıqları vasitəsilə müraciət edir. Bu isə o deməkdir ki, çox güman ki. şirkət yeni nəsil naqilsiz qulaqlıqları artıq test edir və yaxın zamanda təqdim edə bilər. Qeyd etmək lazımdır ki, şirkət müəyyən illərdə Oktyabr ayında müxtəlif məhsullarını təqdim etmişdir.

Reklam
23 Oktyabr 2012-ci il: iPad Mini, iMac və 13 inç Retina ekrana sahib MacBook Pro-nun təqdimatı 22 Oktyabr 2013-cü il: iPad Air ilə yenilənmiş MacBook Pro-nun təqdimatı 16 Oktyabr 2014-cü il: iPad Air 2 ilə iMac 5K-nın təqdimatı 27 Oktyabr 2016-cı il: Yeni dizayna sahib MacBook Pro-nun təqdimatı. Yeni iPhone modellərinin satışlarına təsir edəcəyinə görə 12 Sentyabr tarixindəki təqdimatda göstərilməyən cihazlar barədə məlumatlara əsaslansaq güman etmək olar ki, Apple şirkəti çox güman ki, Oktyabr ayında daha bir təqdimat tədbiri keçirdəcək. Oktyabr ayı sadalanmış cihazların anonsu və bayram qabağı onların satışları üçün ideal zaman intervalıdır. Qeyd etmək lazımdır ki, Ming-Chi Kuo-nun yeni iPhone modelləri və smart saat haqqında bütün proqnozları düz çıxdı. Bu isə o deməkdir ki, həmin təqdimatda göstərilməmiş məhsullar dəqiq olaraq bu il satışa çıxacaqlar. Çox güman ki, Apple şirkəti ikinci təqdimat tədbirini Oktyabr ayının sonunda keçirdəcək.

Ən Son Məqalələr

Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 16:09 320
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 138
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 124
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 466
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 496
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 123
Tusi-Bohm Planetariu...