Bazar, 8 Noyabr, 2026

Aqronomiya üzrə maaşlı Təcrübə Proqramı!


  • Dərc edildi: 19 Noyabr, 2023 - 21:10
Aqronomiya üzrə maaşlı Təcrübə Proqramı!

Aqronomiya üzrə təcrübə proqramı Şirkət: Agrico Son tarix 06 dekabr 2023 “AGRİCO” MMC aqronomiya, kimya, biologiya, biotexnologiya və ekologiya üzrə təhsilini yeni başa vurmuş və bu sahə üzrə təcrübə qazanmaq istəyən gənclərimiz üçün əla fürsət təklif edir! “AGRICO” MMC – Azərbaycanda 2016-cı ildən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən və sürətlə inkişaf edən şirkətdir. Hal-hazırda şirkət mineral gübrələrin, toxumların, bitki qoruma vasitələrinin (pestisidlərin), torpaq test avadanlıqlarının və torpaq analizlərinin ən böyük distribütorlarından biridir. Bütün sahələrdə olduğu kimi, bizim üçün də güclü mütəxəssislərin rolu əvəzsizdir. Cəmiyyətimizə faydalı olmaq üçün, komandamızda yerli və xarici aqronomlar çiyin-çiyinə çalışır və onların bilik və bacarıqlarını, təcrübələrini yeni nəsilə ötürməyi qarşımıza məqsəd qoymuşuq. 3 ay müddətində sahənin peşakarları ilə birgə çalışmaq, onların zəngin təcrübələrini öyrənməkdən daha yaxşı nə ola bilə

r? Təcrübə proqramı ərzində nə əldə edəcəksiniz: Yerli və xarici mütəxəssislərdən öyrənmək imkanı; Aqronomiya sahəsi üzrə əvəzolunmaz praktiki biliklər və təcrübə; Təhsil aldığınız dövrdə əldə etdiyiniz bilikləri tətbiq etmə imkanı; Mövcud və yeni texnologiyaların tətbiqi ilə yaxından tanış olmaq. Təcrübə proqramımız ödənişlidir. (Yəni sizə aylıq cib xərci də şirkət tərəfindən veriləcək) Təcrübə proqramı müddətində fərqlənmiş iştirakçılara komandamızın daimi üzvü olmaq təklif olunacaq və Türkiyədə müvafiq sahə üzrə təlimdən faydalanmaq imkanı yaradılacaq. İndi isə, istərdim sizinlə, proqramımıza qatılmaq üçün namizədlərə dair gözləntilərimizi bölüşüm: Təhsil: Ali təhsil (aqronomiya, kimya, biologiya, biotexnologiya və ya ekologiya üzrə); Dil bilikləri: İngilis dili (intermediate və üzəri). Bu fürsətdən faydalanmaq istəyən gənclərimizdən [email protected] elektron ünvanına mövzu hissəsinə “Təcrübə Proqramı” yazaraq öz CV-lərini göndərmələrini xahiş edirik.

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 79
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 145
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 165
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 359
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1107
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 419
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 595
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 698
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 809
Trabzon Sağlamlıq Qr...