Çərşənbə, 18 Mart, 2026

ARTIM MÜHAZİRƏ DE/KONSTRUKSİYA – ZƏRRİ MUXTARLI


  • Dərc edildi: 9 Sentyabr, 2018 - 16:58
ARTIM MÜHAZİRƏ DE/KONSTRUKSİYA – ZƏRRİ MUXTARLI

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında “De/Konstruksiya” müzakirələri çərçivəsində Zərri Muxtarlının iştirakı ilə müzakirə keçiriləcək.


Zərri Muxtarlı tədbir zamanı illüstrasiyalarını, həmçinin ictimai məkanlarda çəkdiyi qrafiti əsərlərini təqdim edəcək. Onun sərt üslubunda yaratdığı çox koloritli əsərləri aydın formalarla və dekorativ ornamentlərlə zəngindir. İlk baxışda əyləncəli, şən görünən işlər özündə cəmiyyət, urbanizasiya, gender və mədəniyyətə aid sualları vurğulayır. Zərri Muxtarlı 1992-ci ildə Azərbaycanın Kəlbəcər şəhərində dünyaya gəlmişdir. Uşaq yaşlarında ailəsi ilə Rusiyaya köçüb. O, linqvistika üzrə təhsil alıb.
2012-ci ildə o öz yaradıcılığına başlayaraq bir çox illüstrasiyalar və strit-art işləri yaratmışdır. Rusiyada Azərbaycan diasporunun üzvü olan gənc rəssamı qarışıqlı mədəniyyət məsələləri, dil, feminizm və şəhər mühitinin qavrayışı mövzuları maraqlandırır. O, Sankt-Peterburq şəhərində bir sıra sərgilərdə iştirak etmişdir.
“De/Konstruksiya” – ARTIM Məkanında sərgilərin montaj/demontaj dövründə keçirilən silsilə müzakirələrdir. Sözügedən layihə, gənc yaradıcı insanların öz yaradıcılıqlarını daha geniş auditoriya ilə bölüşməsi, nümayiş etdirməsi və müzakirələr, fikir mübadilələri aparması, yaradıcı ideyaların axtarışı üçün platformanı təmin edir.
Tarix: 10 Sentyabr, 2018 Saat: 19:00 Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A Giriş sərbəstdir

Ən Son Məqalələr

Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 29
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 34
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1022
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 442
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 275
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 515
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 141
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 390
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 486
Ödənişsiz və Təqaüdl...