Asanlıqla Öyrənə Biləcəyimiz 10 Dil Hansıdır? - Siyahı!

Aşağıdakı dillər azərbaycanlıların ən asan öyrənə biləcəyi dillər sırasındadır. Bunlar, əsasən, Ural-Altay dil qrupuna aid olanlardır. Amma araşdırdıqda Avropa dillərindən də bir neçəsinin bizim üçün asan olacağı ortaya çıxdı. Baxaq. =)


1. Yaponca


YaponcaYaponca əlifba baxımından Kanji əlifbasıya bir qədər çətin görünsə də, qrammatikası Azərbaycan qrammatikasıyla tamamilə eynidir. Öyrənəndə dəyişən tək şeyin sözlər olduğunu düşünəcəksiniz.


2. Koreya dili


Koreya diliKoreya dili söz kökünün dəyişmədiyi, sözlərin əvvəlinə, yaxud sonuna şəkilçilər qoymaq prinsipiylə danışılan dillərdəndir. Azərbaycan dilçilik prinsiplərinə yaxın olduğu üçün öyrənilməyi asandır.




3. Monqolca


MonqolcaTarixdə Monqollar ilə bəlkə də yüz illər ortaq mədəniyyəti bölüşdüyümüzdən hətta bir zamanlar Moğollar ilə ortaq dildən istifadə etdiyimizdən bir çox söz transferləri də reallaşmışdır. Bu ortaq mədəniyyət də eyni dil forması səbəbindən ortaya çıxmışdı. Ona görə öyrənmək çətin olmayacaq.


4. Macarca


MacarcaTarixi faktlara görə macarlar türk sayılır. Bir zamanlar türkcə danışan macarlar Böyük Köç zamanı Hunlar olaraq Avropaya gediblər. Hətta ilk inancları da türk inancıdır. Təxmini olaraq macarların gündəlik istifadə etdiyi 300-400 kəlmə indiki türk dilli xalqlarla eynidir.


5. Fin dili


Fin diliMacarlar kimi Fin-Ugor qəbilələri də Avropaya köç edənlər arasındadır. Bu səbəblə qrammatikamız Finlərlə çox oxşardır.


6. Mançu dili


Mançu diliOrta Asiyada yaşayırlar. Bu gün assimilasiyaya uğrayaraq demək olar ki, yoxa çıxan bu xalqın dili də qrammatikamızla demək olar ki, üst-üstə düşür.


7. Tunquzca


TunquzcaTunquzaca türk dilləri qrupuna aid olduğu üçün demək olar ki, danışdıqlarının 40 faizi başa düşüləndir. 60 faizlik bir əskikliyi də tamamlamaq düşünürük çətin olmaz.


8. İspanca


İspancaDünyada öyrənilməsi ən asan olaraq görülən dillərdən biri də İspancadır. Eyni zamanda ən çox danışılan dil də İspancadır. 5 sait (a, e, i, o, u) və üç dənə iki hərfdən ibarət (ch, ll, rr) səsləri var. Bundan əlavə İspanca beynəlxalq olaraq verilən iş elanlarının 37%-lik qismində tələb olunan bir dildir. Xərclədiyiniz vaxtın qarşılığını həddindən artıq görə bilərsiniz bu dillə. Kim bilər, bəlkə özünüz üçün edə biləcəyiniz ən yaxşı investisiya budur. Onlayn öyrənmək istəsəniz bura daxil ola bilərsiniz.


9. İtalyanca


İtalyancaDünyadakı ən romantik dil olaraq tanınır. İngliscə bilən insanlar İtalyanca öyrənmə məsələsində görünməmiş uğurlar qazana bilərlər. Çünki bəzi kəlimələr elə ingiliscəni xatırladır. Foresta/Meşə - Forest, Calendario/Təqvim - Calendar, Ambizioso/Ambisiya - Ambitious kimi bənzər sözlərlə qarşılaşa bilərsiniz.

Bəzi sözlər İspancada olduğu kimi oxunduğu şəkildə yazılmaqdadır. İtalyanca haqqında maraqlı olan şey isə sözlərinin çoxunun saitlərlə bitməsidir. Bu da danışanda sanki mahnı oxuyursanmış kimi atmosfer yaradır. Onlayn öyrənmək istəsəniz bura daxil ola bilərsiniz.


10. Fransızca


FransızcaSevginin dili olsa, fransızca danışardı - deyirlər.

Hər nə qədər fərqli görünsə də bir dəfə öyrənməyə başladıqda ingliscəylə bənzərliklərinin çox olduğunu görəcəksiniz. Latıncadan bir çox sözün keçdiyi Portuqal, İspan və İtalyan dilləriylə də bənzərliklər göstərməsi normaldır. Eyni zamanda 29 ölkədə rəsmi dildir. Dünyada 200 milyona yaxın insan fransızca danışır. Hətta "Le, la" kimi səslər kəlimənin əvvəlində işləndikdə əsl sevgiylə oxunması gərəkən bir dildir. Onlayn öyrənmək istəsəniz bura daxil ola bilərsiniz.

 

Mənbə: kenquru.az


Paylaş