Cümə, 23 Oktyabr, 2026

Audit üzrə Mütəxəssis - Vakansiya


  • Dərc edildi: 19 İyun, 2018 - 12:40
Audit üzrə Mütəxəssis - Vakansiya

"Baku Electronics" Audit üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır. Tələblər: • İqtisadiyyat, mühasibatlıq, audit və ya maliyyə sahəsində ali təhsil; • Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit və ya digər oxşar sahələrdə ən azı 1-3 illik təcrübə; • Daxili nəzarət və qiymətləndirmə prosedurları haqqında biliklər; • Güclü MS Office (Word və Excel) • CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir; • Müstəqillik və obyektivliyi saxlamaq bacarığı; • Hesabatların hazırlanması bacarıqları; • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti; • Bir neçə işin öhdəsindən eyni vaxtda gələ bilmək və tapşırıqların vaxtında yerinə yetirilməsi; • Yeni şərtlər, informasiya və problemlərə adaptasiya olunma bacarığı.
Vəzifə öhdəlikləri: • Maliyyə və mühasibatlıq üzrə audit yoxlamalarını aparmaq. • Yeni yazılmış proseslərin öyrənilməsi və gərəkdiyi halda düzəlişlər edilməsi üçün fikir bildirmək. • Tələb edilən hallarda yazılı proseslərin icrası vəziyyətini yoxlamaq. • Planlı və qəfil inventarizasiya işini aparmaq. • Satış nöqtələrinə yerində baxış keçirmək və fəaliyyətlərini qiymətləndirmək. • Tələb edilən hallarda rayon mağazalarına ezamiyyətə getmək. • Audit işinin nəticəsi haqqında hesabat hazırlamaq və təqdimat etmək. • Təftiş Komissiyalarının tapşırıqları əsasında xüsusi audit yoxlamalarında iştirak etmək; • Təftiş Komissiyalarının işi ilə əlaqədar daxili audit xidmətlərinin hesabatlarını və digər sənədləri təhlil etmək və müvafiq sənədləşməni aparmaq; • Kənar auditlə bağlı hesabatları təhlil etmək və müvafiq sənədləşməni aparmaq; • Maliyyə, iqtisadi, mühasibat uçotu, hesabatlılıq, audit və digər sahələrə dair araşdırma və təhlil aparmaq və nəticələrə dair məlumat vermək; Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini ([email protected]) elektron poçtuna göndərməlidir. "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 77
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 105
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 285
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 984
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 356
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 540
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 629
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 756
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 702
“Biologiyanın intera...