Şənbə, 31 Oktyabr, 2026

“Azərbaycan kinosu həftəsi”ndə kinoteatrlara giriş ödənişsiz olacaq


  • Dərc edildi: 2 Avqust, 2023 - 08:23
“Azərbaycan kinosu həftəsi”ndə kinoteatrlara giriş ödənişsiz olacaq

“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq. 2 avqust Milli Kino Günü, ölkəmizdə kino işçilərinin peşə bayramıdır. 2023-cü il kinematoqrafiyamız üçün xüsusilə əlamətdardır. Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının isə 100 illiyi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2-9 avqust tarixlərində ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarında “Azərbaycan kinosu həftəsi” adı altında klassik filmlərimizin nümayişi həyata keçiriləcək. Kino Günü münasibətilə həmçinin kinoteatrlarda da Azərbaycan filmlərinin retrospektiv baxışı təşkil ediləcək. Aksiya çərçivəsində milli filmlərimizi izləmək üçün kinoteatrlara giriş sərbəst olacaq. Avqustun 3-dan 10-dək davam edəcək baxış Mədəniyyət Nazirliyi, Kino Agentliyi və "Azərbaycanfilm" kinostudiyası ilə birgə həyata keçiriləcək.   Filmlərə baxış üçün giriş sərbəstdir.   Həmin müddətdə aşağıdakı filmlərin nümayişi nəzərdə tutulub:   "Arşın mal alan"   1945- ci il. Bakı kinostudiyası.   "Bəxtiyar"   1955-ci il.

Bakı kinostudiyası.   "O olmasın, bu olsun"   1956-cı il. Bakı kinostudiyası.   "Ögey ana"   1958-ci il. Bakı kinostudiyası.   "Uzaq sahillərdə"   1958-ci il. Bakı kinostudiyası.   "Əhməd haradadır?"   1963-cü il. "Azərbaycanfilm" k/st.   "Sehrli xalat"   1964-cü il. "Azərbaycanfilm" k/st.   "Bir conub şəhərində"   1969-cu il. "Azərbaycanfilm" k/st.   "Bizim Cəbiş müəllim"   1969-cu il. "Azərbaycanfilm" k/st.   "Şərikli çörək"   1969-cu il. "Azərbaycanfilm" k/st.   "Axırıncı aşırım"   1971-ci il. "Azərbaycanfilm" k/st.   "Gün keçdi" 1971-ci il. "Azərbaycanfilm" k/st.   "Nəsimi"   1973-cü il. "Azərbaycanfilm" k/st.   "Əzablı yollar"   1982-ci il. "Azərbaycanfilm" k/st.   "Evlənmək istəyirəm"   1983-cü il. "Azərbaycanfilm" k/st.   "Bəyin oğurlanması"   1985-ci il. "Azərbaycanfilm" k/st.   "Cin mikrorayonda"   1985-ci il. "Azərbaycanfilm" k/st.   "Atları yəhərləyin"   1985-ci il. "Azərbaycanfilm" k/st.   "Süd dişinin ağrısı"   1987-ci il. "Azərbaycanfilm" k/st.   "Yaramaz"   1988-ci il. "Azərbaycanfilm" k/st.   "Ölsəm... bağışla”   1989-cu il. "Azərbaycanfilm" k/st.

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 25
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 119
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 143
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 324
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1063
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 388
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 570
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 670
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 785
Trabzon Sağlamlıq Qr...