Bazar ertəsi, 23 Fevral, 2026

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə QƏBUL ELAN EDİR


  • Dərc edildi: 10 Yanvar, 2020 - 19:29
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə QƏBUL ELAN EDİR

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə QƏBUL ELAN EDİR ÜMUMİ MÜDDƏALAR: Tədris dili: Azərbaycan dili QƏBUL ŞƏRTLƏRİ: Xüsusi Məktəbə qəbul imtahanında

  • 15 sentyabr 2020-ci ilə qədər 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan,
  • qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan,
  • fiziki cəhətdən sağlam olan
Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. SƏNƏDLƏRİN QƏBULU: İmtahanda iştirak etmək istəyən namizədlər 2020-ci il fevralın 15-dək Dövlət İmtahan Mərkəzinin saytında “Şəxsi kabinet” yaratmalı və müvafiq elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzinin saytında "Şəxsi kabinet" yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək şəxsi məlumatlarının «Şagird-məzun» dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. «Şagird-məzun» sistemində məlumatları daxil edilməyən şəxslər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər. Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər. İMTAHANIN KEÇİRİLMƏ Q
AYDASI:
Qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçiriləcəkdir. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
  • Azərbaycan dili;
  • Riyaziyyat.
Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcəkdir. İmtahanın müddəti 90 dəqiqədir. İmtahana gələrkən namizədlər: -şəxsiyyət vəsiqəsi; -Imtahana buraxılış vərəqəsini gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə şəkilli arayış (şəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər. Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır. İmtahanın keçirilmə tarixi və yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra Dövlət İmtahan Mərkəzinin saytında elan olunacaqdır. İmtahanların nəticəsi Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar. Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edilə bilər. Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5. Əlaqə telefonu: 012-554-92-44

Ən Son Məqalələr

Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 155
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 205
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 391
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 76
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 263
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 377
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 480
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 598
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 119
Bu il keçiriləcək bu...