Cümə, 27 Mart, 2026

“Azərbaycan Təsviri Sənətində Qrafika Dünən və Bugün” adlı respublika rəsm müsabiqəsi


  • Dərc edildi: 24 İyul, 2018 - 12:46
“Azərbaycan Təsviri Sənətində Qrafika Dünən və Bugün” adlı respublika rəsm müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Azərbaycan Təsviri Sənətində Qrafika Dünən və Bugün” adlı respublika rəsm müsabiqəsi elan edilir.
Məqsəd qrafikanın müasir Azərbaycan incəsənətində rolunu və mövqeyini genişləndirmək,
mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını
təbliğ etmək və rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaqdan ibarətdir.
Müsabiqədə yaşından aslı olmayaraq hər rəssam təqdim etdiyi əsərin fotosu ilə bərabər Ad və
soyad, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı 2018-cı il noyabr
ayının 30-nadək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir.
1 facebook: Bakı Xətai Sənət Mərkəzi( https://www.facebook.com/xsm.art.az/ )
2 whatsapp: 00994 51 310 74 01
3 instagram: xetaisenetmerkezi
3 email: xsm.2016 @ mail.ru
4 ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr 62
Birinci turdan keçmiş əsərlər sərgi-müsabiqəyə dəvət olunacaq.
I yer-500 AZN
II yer-300 AZN
II yer-150 AZN
Həvəsləndirici mükafat – (5 nəfər)
Nominasiyalar
Ən yaxşı kompozisiya - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Ən yaxşı kitab qrafikasına görə - Azərbaycan Rəssamlar İttifaqı
Ən yaxşı dəzgah qrafikasına görə - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Ən yaxşı plakat qrafikasına görə - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Ən yaxşı sənaye qrafikasına görə - Azərbaycan Dövlət Rəsm Qalereyası
Ən yaxşı mövzu seçimi - Xətai Sənət Mərkəzi
Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi
haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulmuşdur.
Qrafikada yeni xətt görmək istərdik.
Unutmayın ki, bu bir yarışmadır və əsəriniz bu yarışmaya rəng qata bilər.
Müsabiqədə seçilmiş əsərlərlə bərabər kolleksiya əsərləri də sərgilənəcək.
Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif olunacaq.
Müsabiqənin yekun sərgisi - Xətai Sənət Mərkəzində keçiriləcək.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 191
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 356
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 63
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 61
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1069
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 531
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 299
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 544
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 162
VI Azərbaycan Astron...