Cümə, 20 Mart, 2026

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə I Yay düşərgəsi təşkil olunur


  • Dərc edildi: 15 İyun, 2018 - 22:49
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə I Yay düşərgəsi təşkil olunur

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkil etdiyi xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün Diaspor Gənclərinin I Yay Düşərgəsində iştirakla bağlı müraciətlərin qeydiyyatı başladı. 15-20 avqust 2018-ci il tarixlərdə təşkil ediləcək düşərgənin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyi münasibəti ilə dünyada yaşayan Azərbaycan əsilli gəncləri bir araya gətirərək diaspor hərakatını gücləndirməkdir.İştirakçı seçimi meyarları: · 18-29 yaş qrupunda olmalı; · Azərbaycan dilində ünsiyyət bacarığı; · Diaspor nümayəndəsi və ya diaspor təşkilatının üzvü olmalı; ·Düşərgə müddətində tam davamiyyətə məsul olmalıdır. İş qaydası: Düşərgədə qrup müzakirələri, Azərbaycanın tarixi və mədəni yerlərinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, əyləncəli-maarifləndirici proqramlar keçiriləcək. Düşərgədə tam iştirak edən iştirakçılar diplomla təltif olunacaqlar. Xərclər: Diaspor Gənclərinin I Yay Düşərgəsi ödənişsizdir. İştirakçıların bütün xərcləri (yol xərcləri, viza, yaşayış, yemək, daxili nəqliyyat, səyahət sığortası) tam şəkildə qarşılanacaq. Müra

ciət prosesi: Aşağıda göstərilmiş bütün sənədlər 30 iyun, 2018-ci il tarixinə qədər http://www.diaspora.gov.az/qeydiyyat/ link vasitəsi ilə elektron şəkildə təqdim olunmalıdır. ·Ərizə forması ·Dəstək məktubu (üzvü olduğu diaspor təşkilatı, Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditasiya olunmuş nümayəndəliyi (səfirlik/konsulluq) və bu və ya digər formada Azərbaycan Respublikası ilə hüquqi bağlılığı olan təşkilatlardan) · Pasportun surəti Diaspor Gənclərinin I Yay Düşərgəsinə seçilən namizədlərlə 15 iyul 2018-ci il tarixinə qədər əlaqə saxlanılacaq və video görüntülü müsahibəyə dəvət ediləcək. http://diaspora.gov.az/index.php…

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 147
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 40
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 44
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1036
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 467
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 278
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 520
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 146
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 394
Digital Marketing üz...