Şənbə, 6 Sentyabr, 2025

Azərbaycanda otel və tur şirkətləri üçün gözəl fürsət


  • Dərc edildi: 14 Sentyabr, 2018 - 10:46
Azərbaycanda otel və tur şirkətləri üçün gözəl fürsət

Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, elektron vasitələrin təkmilləşdirilməsi nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoymuş və ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlamışdır. Bu səbəbdən də Azərbaycan artıq dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi yeni texnologiya, xidmətlərin elektron formatda təqdim olunması istiqamətində bir çox yeniliklərin tətbiqi məkanına çevrilməkdədir. Qeyd olunan müasir dövrün tələbləri ilə Azərbaycanda yaxın dövrdə fəaliyyətə başlamış olan “Lets GO” şirkəti turizm bazarında fəaliyyət göstərən mehmanxanalar və tur agentliklər üçün çox gözəl fürsətdir. Şirkət xarici və yerli mütəxəssislərin birgə fəaliyyəti nəticəsində Azərbaycan turizm bazarını araşdıraraq lets-go.travel platformasını istifadəyə vermişdir. Platforma ilkin mərhələdə Azərbaycan ərazisində beynəlxalq standartlara cavab verən nəqliyyat və tur xidmətlərini onlayn rejimdə ödəniş edərək sifariş etmək imkanı verir. Onlayn sifariş platformanın bir çox özəlliklərindən yalnız biridir. Bu arada müştəri sifarişin pulsuz ləğvetmə imkanından yararlandıqda ödənmiş olan məbləğ bir neçə saniyə ərzində kart hesabına geri qayıdır. İstifadəçi bütün mərhələlərdə (sifariş bölməsinin doldurulması, ödənişi, təsdiqi, icrasının başlaması, bitməsi və s.) avtomatlaşdırımış formada elektron məktublar alır ki, bu da bütün prosesin həm ciddi nəzarət altında, həm də şəffaf formada həyata keçirilməsini təmin edir. Müştəriyə hətta məktubla ona təyin olunan nəqliyyat vasitəsinin hərəkətini izləyə biləcək link də göndərilir. Xidmətin ən yüksək standartlara cavab verməsini və yenə nəzarət sistemini gücləndirmək məqsədilə sürücülər üçün “LetsGO Driver” mobil aplikasiyası hazırlanmışdır və sürücü bütün addımları (sifarişin icrasına başladım, təyin olunan məntəqəyə çatdım, müştərini qarşıladım, ünvanına çatdırdım, iş yekunlaşdı) aplikasiya üzərində qeyd etməklə iş prosesini həyata keçirir. İşin yekununda müştəriyə xidmət səviyyəsini dəyərləndirmək üçün 3 bölmədən ibarət 9 ballı sistem təklif olunur. Aşagı bal (7-dən az) toplamış sürücülərlə əməkdaşlıq dayandırılır. Platformada növbəti mərhələ digər turizm xidmətləri - otel otaqlarının və aviabiletlərin satışı, viza dəstəyi və s. göstərərək ölkəmizə gəlməyi planlayan turistlər üçün vahid məkana çevrilə bilməkdir.     Lets-go.travel portalı hələlik 5 dildə - azərbaycan, ingilis, rus, fransız və ərəb dillərində fəaliyyətdədir ki, bu da xarici istifadəçilərin rahatlığını təmin edir. Əlavə dillərin qoşulması istiqamətində işlər davam edir.     Lets Go platforması həm də aşağıdakı üstünlüklərə sahibdir: ​ - Fərdi qəza sığortası -Təlimatlı peşəkar sürücülər -Lisenziyalı bələdçilər -Wi-Fi ilə təchiz olunmuş yeni nəqliyyat vasitələri -Avtomobillərdə sərinləşdirici içki və meyvə ilə təminat -Pulsuz ləğvetmə və dəyişmə imkanı -24/7 dəstək (telefon, onlayn çat, e-mail) -Müştərilərə xüsusi endirimlər və bonuslar     “Lets GO” yaratdığı sistem ilə Azərbaycan turizm sənayəsində mövcüd olan bütün tərəfdaşlar, xüsusilə otel və turizm şirkətləri üçün əvəzedilməz xidmətlər təklif edir. Əməkdaşlıq edən hər bir tərəfdaş şirkət şəxsi kabinetə, sifariş tarixçəsinə, komissiya gəlirləri barədə ətraflı, tam şəffaf məlumatlara və s. sahib olur. İstənilən təşkilat üçün asan şəkildə sistemə müxtəlif formalarda inteqrasiya oluna biləcək şərait vardır. B2B əməkdaşlıqda maraqlı olan şirkətlər (otel, turizm şirkəti və s.) bu link http://lets-go.travel/az/web/partner/b2b üzrə daxil olaraq daha ətraflı məlumata sahib olub qeydiyyatdan keçə bilərlər. Lets GO partnyorluq modeli ən müasir texnologiyaların tətbiqi ilə həm rahatdır, həm sərfəli, həm də alternativsiz təbii seçimdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Coursera”da 8000 Pulsuz Onlayn Kursa qoşul və Beynəlxalq Sertifikatlar əldə et! -  “Milli Proqram” layihəsinə Qeydiyyat
04 Sentyabr, 2025 - 14:52 611
“Coursera”da 8000 Pu...
43 yaşında 9-cu sinif məzununun təhsil arzusu gerçəkləşdi
03 Sentyabr, 2025 - 09:42 211
43 yaşında 9-cu sini...
Gənclər üçün Karyera İmkanları: Vakansiyalar, Təcrübə Proqramları və Təlimlər
31 Avqust, 2025 - 22:00 250
Gənclər üçün Karyera...
“Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarına İnfotur baş tutub - FOTO-VİDEO
27 Avqust, 2025 - 09:56 52
“Yaşıl turizmin təşv...
Süni və Təbii İntellekt arasındakı fərq!
16 Avqust, 2025 - 10:59 143
Süni və Təbii İntell...
2 günlük Lənkəran və Astarada ÖDƏNİŞSİZ İNFOTUR: "Yaşıl turizmin təşviqi"
15 Avqust, 2025 - 21:39 896
2 günlük Lənkəran və...