Çərşənbə axşamı, 25 Noyabr, 2025
Reklam

Azərbaycanda “Siqaret çəkmə, kino çək!” mövzusunda qısa film müsabiqəsi elan edilib


  • Dərc edildi: 20 Fevral, 2018 - 10:11
Azərbaycanda “Siqaret çəkmə, kino çək!” mövzusunda qısa film müsabiqəsi elan edilib

“Report” İnformasiya Agentliyi, “Cinemazadeh” studiyası, “Bakı Media Mərkəzi”, “CinemaPlus” kinoteatrlar şəbəkəsi, “Azad Azərbaycan” teleradio yayım şirkəti və “CBC” telekanalı sağlam həyat tərzinin təbliği ilə əlaqədar “Siqaret çəkmə, kino çək!” mövzusunda qısa film müsabiqəsi elan edir. Müsabiqənin şərtlərinə görə: 1. Müsabiqəyə yalnız ictimai yerlərdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması mövzusunu əhatə edən tamamlanmış filmlər qəbul olunur; 2. Müsabiqəyə müəlliflərin orijinal işi olan filmlər qəbul olunur; 3. Filmlər 31 yanvar 2018-ci il tarixindən 30 mart 2018-ci il tarixinədək qəbul olunur. Qaliblərin adları 7 aprel 2018-ci il tarixində təntənəli mərasimlə elan olunacaq. Təşkilatçılar təqdim olunan işlərin həcmindən asılı olaraq son tarixləri dəyişmək hüququna malikdirlər; 4. Bir müəllif istənilən sayda film təqdim edə bilər; 5. Filmlərin xronometrajı 5 dəqiqədən artıq olmamalıdır. Filmlər youtube.com və ya vimeo.com saytlarına yükləndikdən sonra, keçid [email protected] elektron ünvanına müəllifin əlaqə məlumatları ilə birgə təqdim olunmalıdır; 6. Filmlərin çəkiliş formatı və texniki xüsusiyyətləri (rəng, səs, kadr tezliyi, kadrın ölçüsü və s.) baxımından məhdudiyyət yoxdur; 7. Müsabiqəyə yalnız Azərbaycan dilində olan filmlər qəbul olunur; 8. Müsabiqədə istənilən yaşda olan müəlliflər iştirak edə bilər; 9. İştirakçı müsabiqəyə film təqdim etməklə müəllif hüquqlarının tək və müstəsna olaraq ona mə

Reklam
xsus olduğunu və hər hansı üçüncü tərəfin hüquqlarının pozulmadığını təsdiq edir; 10. Qaliblərin adları "Report" İnformasiya Agentliyinə məxsus Report.az saytında elan olunacaq. Təşkilatçılar münsiflər heyəti tərəfindən seçilməyən filmlərə şərh vermirlər; 11. İştirakçı müsabiqəyə film təqdim etməklə bütün şərtləri diqqətlə oxuduğuna və razılaşdığına zəmanət verir. Müsabiqə şərtlərinə uyğun olan videolar tanınmış kinorejissor, aktyor, ictimai xadim, jurnalist, sağlam həyat tərzinin təbliği üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatının nümayəndələrindən ibarət münsiflər heyətinə müəllifləri göstərilmədən təqdim olunacaq. Münsiflər heyəti qısa filmləri müstəqil şəkildə qiymətləndirəcək. Müsabiqənin qalibi 3 000 manat, 2-ci yeri tutan ekran işi 2 000 manat, 3-cü yerə layiq görülən film 1 000 manat məbləğində mükafatlandırılacaq. Müsabiqənin qalibləri 7 aprel 2018-ci il tarixində elan olunacaq. Qeyd edək ki, Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu imzalayıb. Bu qanun Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Ən Son Məqalələr

Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 16:09 149
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 134
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 120
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 463
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 494
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 122
Tusi-Bohm Planetariu...