Çərşənbə, 17 Dekabr, 2025

Azərbaycanın ilk könüllü gənclər təşkilatında 2 aylıq Təcrübə Proqramı!


  • Dərc edildi: 12 Fevral, 2018 - 23:33
Azərbaycanın ilk könüllü gənclər təşkilatında 2 aylıq Təcrübə Proqramı!

Həyatımız seçimlərdən ibarətdir... Bu seçimlərin nəticəsi həyatımızın gedişatını müəyyənləşdirir. Məhz buna görə qərarlarını özü verən insanlar həm şəxsi həyatlarında, həm də karyeralarında daha çox uğur qazanırlar. Məsələn bu mətni oxuyursunuzsa, deməli hazırda sizin qarşınızda iki seçim var: 1) Növbəti 2 ayı universitetdə 2-ci semestri “yola verə" bilərsiniz. 2) Növbəti 2 ayı AYAFE-də gələcək karyeranızda və həyatınızda sizə lazım olacaq təcrübəni, bilikləri qazana bilərsiniz. Əgər seçiminiz 2-cidirsə AYAFE Gənclər Təşkilatının yaratdığı bu fürsəti qaçırmayın, müraciət etməyə tələsin! AYAFE sizə nələr qazandıracaq? - real iş mühiti ilə tanışlıq; - praktiki iş təcrübəsi; - komandada işləmək bacarığı; - layihələrin yazılması; - layihələrin idarə edilməsi; - təşkilatçılıq bacarığı; - beynəlxalq təcrübə qazanmaq imkanı; - şəxsi inkişafınıza tövhə vermək imkanı; - geniş dost şəbəkəsi və tanışlıqlar. AYAFE kimləri axtarır? - 16-20 yaş arası olan; - hər gün elektron poçtunu yoxlayan; - “yox!” eşitməkdən çəkinməyən; - ünsiyyətcil; - araşdırmağı sevən; - istənilən mühitə uyğunlaşa bilən; - səyahət etməyi sevən. Seçim prosesi Təcrübə proqramına seçim prosesi 3 mərhələdən ibarət olacaqdır: 1. Online müraciət mərhələsi 2. Test mərhələsi 3. Müsahibə mərhələsi Online müraciət üçün link: https://goo.gl/9Y2Ybz Son qeydiyyat tarixi: 18.02.2018, 19:97 Əlavə qeydlər: - Proqramı uğurla tamamlayan iştirakçılara #sertifikat və tövsiyyə məktubu təqdim olunacaq. - Təcrübə müddəti iki ay ərzində davam edəcəkdir. Uğurlu olan təcrübəçilər təşkilatda qalıb fəaliyyətini davam etdirmək imkanı qazanacaqlar. - Təcrübə proqramı tamamilə #ödənişsizdir və təcrübəçilər könüllü əsasla fəaliyyət göstərəcəklər. Təşkilat haqqında məlumat AYAFE Gənclər Təşkilatı 1997-ci ildə yarad�

�lmışdır. Azərbaycanda ilk könüllü gənclər təşkilatı olan AYAFE öz qarşısına Avropa və Azərbaycan gəncləri arasında əməkdaşlığı və bilik mübadiləsini inkişaf etdirmək, Azərbaycan həqiqətləri barədə dünya gənclərini məlumatlandırmaq, Azərbaycanda gənclər sahəsində dövlət siyasətinə dəstək olmaq kimi hədəflər qoymuşdur. AYAFE ilk beynəlxalq gənclər düşərgəsini 1998-ci ildə Şəki şəhərinin yaxınlığında yerləşən “Dəmiryol” məcburi köçkün düşərgəsində təşkil etmişdir. Bu tədbirin əsas beynəlxalq tərəfdaşı “Service Civil International”(SCI) təşkilatı olmuşdur. AYAFE 1998-ci ildən Service Civil International təşkilatının Azərbaycanda rəsmi tərəfdaşıdır. AYAFE-nin fəaliyyət göstərdiyi illər ərzində 100-lərlə azərbaycanlı gənc dünyanın müxtəlif bölgələrində, o cümlədən Avropa ölkələrində təşkil olunmuş beynəlxalq gənclər tədbirlərində iştirak etmişlər. Bundan əlavə, AYAFE hər il Azərbaycanda xarici könüllülərin iştirakı ilə gənclər düşərgələri və layihələr təşkil etmişdir. Rəsmi sayt: www.ayafe.az Facebook səhifəsi: www.facebook.com/ayafe.az Instagram: www.instagram.com/ayafe.azerbaijan Twitter: www.twitter.com/ayafeazerbaijan Youtube: https://goo.gl/qZc2nq

Ən Son Məqalələr

SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 92
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 28
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 24
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 57
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 640
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 237
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 208
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 547
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 571
Qubadlıya öz sahiblə...