Çərşənbə axşamı, 21 Aprel, 2026

“Aztelekom”da “2018 Yay Təcrübə Proqramı”


  • Dərc edildi: 3 İyun, 2018 - 03:02
“Aztelekom”da “2018 Yay Təcrübə Proqramı”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ali təhsil müəssisələrinin III və IV kurs tələbələrini “2018 Yay Təcrübə Proqramı”nda iştirak etməyə dəvət edir. 3 ay müddətində (iyun, iyul, avqust) nəzərdə tutulmuş proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri “Aztelekom”un iş mühiti ilə tanış etmək, praktiki biliklərlə təmin etmək və onların işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir. Seçimdən uğurla keçən namizədlər “Aztelekom” MMC-nin informasiya texnologiyaları, radiotexnika-telekommunikasiya, insan resurslarının idarə edilməsi, maliyyə-mühasibatlıq, satış və marketinq sahələrində təcrübə keçmək imkanına malik olacaqlar. “Aztelekom” MMC-nin “2018 Yay Təcrübə Proqramı” Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbayca

n Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universiteti tələbələrı arasında pilot layihə olaraq 30-35 nəfər tələbəni əhatə edəcək. Proqramda iştirak etmək üçün müraciətlər CV əsasında 4 iyun 2018-ci il tarixinə qədər [email protected] ünvanı vasitəsilə qəbul olunacaq. Məktubun mövzusunda “Yay təcrübə proqramı” sözlərinin qeyd olunması zəruridir. Qeyd edək ki, təcrübədə iştirak edən və yekunda dəyərləndrimə aparıldıqdan sonra nəticəsi yüksək olan tələbələrin adları təşkilatın kadr bazasında ehtiyat və gələcək potensial kadrlar statusunda saxlanılacaq. Təcrübə proqramı başa çatdıqdan sonra bütün iştirakçılar qiymətləndiriləcək və onlara layihədə iştirak etdiklərini təsdiq edən sənəd təqdim olunacaq.

Ən Son Məqalələr

Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 69
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 68
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 59
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 320
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 507
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 134
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 137
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1208
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 692
Autizmli gənclərin t...