Bazar ertəsi, 2 Noyabr, 2026

Bakı şəhərində yaşayan valideynlərin nəzərinə


  • Dərc edildi: 4 Fevral, 2020 - 16:54
Bakı şəhərində yaşayan valideynlərin nəzərinə

Bakı şəhərində yaşayan valideynlərin nəzərinə! Baku IdeaLab və Böyük Britaniyanın “Konflikt, Sabitlik və Təhlükəsizlik” Fondunun dəstəyi ilə həyata keçirilən “Öz Səsini Kəşf Et” proqramı çərçivəsində “Biz Bacardıq” layihəsi üçün müraciət başladı. “Biz Bacardıq” layihəsinin əsas məqsədi Bakı şəhərində yaşayan 15 nəfərdən ibarət xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli (Poliomielit, Spina bifida, Miopatiya, Şarko – Mari, yüngül dərəcəli Uşaq Serebral iflic, hər hansı bir bədən üzvünün amputasiyası) uşaqların valideynlərini düzgün davranış və ünsiyyət metodları barəsində, habelə uşaqları haqda yaranmış stereotiplər barəsində maarifləndirmək, 9-12 yaş arası fiziki məhdudiyyətli uşaqlarda özgüvən hissini yaratmaq, sosiallaşdırmaq, cəmiyyətimizi xüsusi qayğıya ehtiyacı (fiziki məhdudiyyətli) olan insanlar haqqında məlumat verməkdir.

Bu məqsədlə valideynlər və onların uşaqları üçün təlim sessiyaları keçiriləcəkdir. Təlimlər: valideynlər üçün - 22; 23 Fevral, uşaqlar üçün - 28-1 Mart müddətində baş tutacaqdır. Məkan dəstəyi "İnci Psixoloji Reabilitasiya Mərkəzi"nə məxsusdur. Dəstəklərinə görə "İnci Psixoloji Reabilitasiya Mərkəzi" nə və "Stage New Life" rəqs qrupuna təşəkkür edirik! Müraciət linki: https://forms.gle/ZZveucioMp5ESimeA Müraciət üçün son tarix: 16 Fevral 2020 Qeyd:İŞTİRAK TAMAMİLƏ ÖDƏNİŞSİZDİR! Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın: Email: [email protected] Mobil:+994506492254; +994558986860

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 43
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 125
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 147
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 331
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1073
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 396
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 574
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 676
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 790
Trabzon Sağlamlıq Qr...