Cümə, 30 Oktyabr, 2026

Bakıda 3 müxtəlif beynəlxalq sərgi keçiriləcək


  • Dərc edildi: 19 May, 2023 - 11:39
Bakıda 3 müxtəlif beynəlxalq sərgi keçiriləcək

Bütün sərgilər eyni gündə və eyni məkanda baş tutacaq. Hər birinə giriş ÖDƏNİŞSİZ olacaq. 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi Hər il keçirilən “Caspian Oil & Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir. Ötən ildən başlayaraq Xəzər Neft və Qaz sərgisi Bakı Enerji Həftəsi çərçivəsində keçirilir. “Caspian Oil & Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır.  

11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi

“Caspian Power” sərgisində enerjidən istifadə üzrə ən son nailiyyətlər təqdim ediləcək və burada elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşlər keçirmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumat almaq, eləcə də perspektiv müqavilələr imzalamaq mümkün olacaq. Ötən ildən başlayaraq “Caspian Power” sərgisi “Caspian Oil&Gas” sərgisi ilə birgə Bakı Enerji Həftəsi çərçivəsində keçirilir.  

20-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi

“TransLogistica” sərgisi dəmir yolları, dənizçilik sənayesi, aviasiya, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır. Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları, aerodromlar və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır. Həmçinin, “TransLogistica” sərgisi yükdaşıma şirkətləri ilə yük sahibləri arasında görüşlərin keçirilməsi üçün işgüzar platforma olmaqla yanaşı, Xəzər və Qafqaz regionunda nəqliyyat-logistika xidmətlərinizin təşviqi baxımından da səmərəli vasitədir.   Bütün sərgilərə cəmdə ELEKTRON QEYDİYYAT  

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 20
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 118
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 142
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 323
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1061
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 386
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 569
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 667
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 783
Trabzon Sağlamlıq Qr...