Çərşənbə, 28 Yanvar, 2026

Bakıda İlk Yaradıcı Psixologiya Simpoziumu keçiriləcək - ÖDƏNİŞSİZ QEYDİYYAT!


  • Dərc edildi: 7 Dekabr, 2023 - 17:00
Bakıda İlk Yaradıcı Psixologiya Simpoziumu keçiriləcək - ÖDƏNİŞSİZ QEYDİYYAT!

Bakıda İlk Yaradıcı Psixologiya Simpoziumu keçiriləcək. EduOnline.Az xəbər verir ki, psixologiya və yaradıcılığın birləşməsini praktiki tədqiq etmək - dekabrın 15-i və 16-sı “Nine Senses” və “Handicraft”ın dəstəyi ilə keçiriləcək İlk Yaradıcı Psixologiya Simpoziumunun əsas məqsədidir. Bu unikal iki günlük tədbir təkcə müzakirələr və mühazirələr deyil, həm də təmsil olunan hər bir sahənin aparıcı mütəxəssisləri ilə yaradıcı şəfalandırma dünyasına baş vurmaq, ustad dərsləri və seminarlarda təmənnasız iştirak etməyi təklif edir. Yaradıcı psixologiya diqqət mərkəzindədir: Simpozium art-terapiya, musiqi terapiyası, rəqs terapiyası, poeziya terapiyası, yoqa terapiyası və digər istiqamətləri əhatə edir. Məhz bu sahələr insanların əqli, mənəvi və fiziki şəfalanmasına yardım edərək, səhiyyənin, təhsilin və cəmiyyətin inkişafında yer alır. İstiqamətlər: Təsviri incəsənət, musiqi, rəqs, poeziya və yoqa - bunlar simpoziumun həsr olunduğu beş əsas sahədir. Birinci gün incəsənət və poeziyaya, ikinci gün isə musiqi, rəqs və yoqa terapiyaya həsr olunub. İştirakçıları nələr gözləyir: Bu iki gün müalicəvi kreativ təcrübələrə və yaradıcılığın psixi sağlamlığa təsirinin müzakirəsinə həsr olunacaq. Sahələrinin aparıcı mütəxəssislərdən ustad dərsləri, tədqiqatlar, maraqlı müzakirələr, eləcə də sərgi fasiləsi, nəfis musiqi proqramı və digər sürprizlər bizi gözləyir. Məkanlar haqqında: Xəzər dənizinin sahilində yerləşən Nine Senses Art Center, incəsənət və yaradıcılıq sahəsində keyfiyyətli təhsil ala biləcəyiniz yerdir. Nine Senses layihəsi hər kəsə üç istiqamətdə inkişaf etməyə ilhamlandırır: “Spirit”, “Body”, “Mind”. Beləliklə, mərkəzin proqramları müasir incəsənət üzrə mühazirələr, kino, animasiya və mobiloqrafiya dərslərindən tutmuş, incəsənət, yoqa və meditasiya festivallarına qədər geniş spektri əhatə edir. “Nine Senses” ilə yanaşı, gələn həftə “Passage 1901”də yerli brendləri inkişaf etdirmək fəlsəfəsinə əsaslanan Bizimkilər festivalı da tədbirin əsas tərafdaşıdır. Onlar yerli rəssamların və sənətkarların inkişafını dəstəkləyir, innovativ fikirlər və yaradıcı layihələr üçün platforma yaradırlar. Ekspertlərimizlə tanışlıq: Çıxış edənlər aras�

�nda psixologiya və sadalanmış yaradıcılıq növləri üzrə aparıcı mütəxəssislər yer alır: psixoloq, Xəzər Universitetinin psixologiya kafedrasının müdiri - Mələk Kərimova; rəssam və tədqiqatçı - Leyla Qabulova; rəssam və art-terapist - Mehriban Şəmsədinskaya; psixoloq, şair və musiqi terapevti - Dr. Elnur Hacıyev; psixoloq Günel Muradova; musiqiçi və səs terapevti - İlhamə Babayeva; “Hatha” və “Fly” yoqa ustadı - Qafar Qənizadə, “DanceAbility” layihəsinin rəhbəri, xoreoqraf - Nigar Sultanova və diqərləri. Harada və nə zaman: Simpozium iki heyrətamiz məkanda - 15 dekabr “Passaj 1901”də (Nigar Rəfibəyli 12/14) və 16 dekabr “Nine Senses” yaradıcılıq məkanında (“Sea Breeze”, Nardaran, 31 Dalan) keçiriləcək. Tədbir hər iki gün saat 12:00-da başlayır. İştirakçı şərtləri: Yeganə şərt bu link vasitəsilə qeydiyyatdan keçməkdir. (https://www.creativepsychsymposium.com/ru/event-details/creative-psychology-symposium-1/form) Qeydiyyat və iştirak pulsuzdur. Tədbir hər kəs üçün açıqdır.   Simpoziumun Proqramı 15 DEK - Passage 1901 12 Nigar Rafibeyli, Bakı Saat: 12:00 - 19:00 12:00 - Qapılar Açıq   12:30 - Açılış Mərasimi   13:00 - Sessiya 1: Art Terapiya   14:15 - Günorta Yeməyi Fasiləsi   14:45 - Sessiya 2: Poeziya və Yazı Terapiyası   16:00 - Sərgi Fasiləsi   16:30 - Sessiya 3: Art Terapiya   17:30 - Sessiya 4: Panel Müzakirələr   18:30 - Performanslar   16 DEK - Nine Senses Art Center Nardaran, 31 Dalan, Seabreeze Saat 12:00 - 19:00 12:00 - Qapılar Açıq   12:30 - Salamlama   13:00 - Sessiya 5: Yoqa Terapiyası   14:15 - Günorta Yeməyi Fasiləsi   14:45 - Sessiya 6: Musiqi Terapiyası və Səs Terapiyası   16:00 - Sərgi Fasiləsi   16:30 - Sessiya 7: Rəqs və Hərəkət Terapiyası   18:00 - Sessiya 8: Panel Müzakirələr   18:30 - Bağlanış Mərasimi   Ətraflı məlumat əldə etmək üçün simpoziumun rəsmi vebsaytına da daxil ola bilərsiniz. (https://www.creativepsychsymposium.com/ru)

Ən Son Məqalələr

Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 300
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 298
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 41
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 313
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 48
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 99
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 126
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 307
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 129
“İngilis dili üzrə b...