Şənbə, 28 Mart, 2026

Bakıda keçiriləcək beynəlxalq konfransda çıxış etmək istəyən şəxslərin nəzərinə!


  • Dərc edildi: 20 Aprel, 2019 - 18:22
Bakıda keçiriləcək beynəlxalq konfransda çıxış etmək istəyən şəxslərin nəzərinə!

2019-cu il 22-27 sentyab tarixlərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik konfransı keçiriləcək Dövlət İmtahan Mərkəzi qiymətləndirmə alətləri hazırlayan elmi-tədqiqat mərkəzlərini, ali təhsil müəssisələrini, uyğun dövlət orqanları və digər maraqlı tərəfləri Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçiriləcək 45-ci illik konfransına (IAEA2019) öz elmi tezislərini təqdim etməyə dəvət edir. Konfrans 2019-cu il 22-27 sentyabr tarixlərində “Fairmont Baku” otelində keçiriləcək və mövzusu “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları”dır. Qeyd edək ki, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA) ali və orta ümumtəhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədi ilə illik beynəlxalq konfranslar təşkil edir.   Konfransda aşağıdakı mövzulara uyğun təqdimatların ediləcəyi nəzərdə t

utulur:
  • Qərarların qəbul edilməsində qiymətləndirmənin tətbiqi (tələbə qəbulu, kadr seçimi və s.);
  • Qərarların verilməsində qiymətləndirmənin etibarlılığı və validliyi;
  • Daha yaxşı qərar qəbul etmək üçün qiymətləndirmə üsulları;
  • Tələbə qəbulu və kadr seçimi siyasətində mövcud olan çətinliklər və imkanlar;
  • Tələbə qəbulu və kadr seçimi sahəsində qiymətləndirmə alətlərinin gələcəyi;
  • İnsan resurslarının idarəedilməsində Səriştə Modelinin tətbiqi;
  • Elmi araşdırmalar əsasında proqnozların verilməsi təcrübəsi;
  • Qiymətləndirmə nəticələri və qərar qəbuletmə məsuliyyəti;
  • Elektron qiymətləndirmə və mütərəqqi texnologiya əsaslı platformalar;
  • Qiymətləndirmə və qərar qəbuletmə prosesində obyektivliyik prinsipi.
  Konfransda çıxış etmək istəyən şəxslər verilmiş cədvələ uyğun olaraq öz işlərini təqdim etməyə dəvət olunurlar. Qeyd edək ki, 1 may 2019-cu il son müraciət tarixidir. Daha ətraflı məlumat üçün konfransın rəsmi səhifəsini ziyarət edə bilərsiniz: http://iaea2019.org/

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 210
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 374
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 67
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 66
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1080
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 544
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 302
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 552
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 164
VI Azərbaycan Astron...