Bakıda Sahibkar xanımlar üçün təcrübə klinikası keçirilib

19 sahəsində ixtisaslaşan "Education HUB"ın təşkilatçılığı ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan “Sosial Sahibrkarlıq Laboratoriyası” proqramı çərçivəsində fevralın əvvəllərində Azercell şirkətinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində təcrübə klinikası təşkil olunub. Təcrübə proqramında Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan 15 gənc qadın sosial sahibkarlığa dair mövcud imkanlar, maliyyə resursları və s. barədə məlumat əldə ediblər. Fevralın 1-də keçirilən proqramında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Access Bank, Turan Bank, eləcə də Coca-Cola şirkətinin nümayəndələri bu istiqamətdə həyata kecirdikləri proqramlarla bağlı məlumatı iştirakçılarla bölüşüb.

Günün ikinci hissəsində Azərbaycanda sosial sahibkarlıq fəaliyyət göstərən “Azərbaycan corabları”, “Buta Art&Sweets”, “Hands Art”, Human Foundation, “Azərbaycana Birgə Yardım” İB-nin nümayəndələri ilə görüş keçirilib. Spikerlər sosial biznesi yaratmağın cəmiyyət üçün əhəmiyyətindən bəhs ediblər. Regiondan olan xanımlar bu təcrübə mübadiləsinin vacibliyini qeyd edərək regionlarda bu sahənin inkişafı və davamlı olması üçün müvafiq qurumların fəaliyyət planına sosial biznes təlimləri, mentorluq və praktiki təcrübənin salınmasını təklif ediblər.

Bundan əlavə, səfər çərçivəsində xanımlar Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin start-up layihələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Təcrübə proqramının ikinci günü 2 fevral 2019-cu ildə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında (AQSİA) baş tutub. Proqramda iştirak edən 15 qadın AQSİA-nın fəaliyyəti, respublikamızda qadın sahikbarlar üçün yaradılmış imkanlar və qadınların təşkilatlanma məsələlərini müzakirə ediblər.

AQSİA-nın rəhbəri Səkinə Babayeva və Assosiyasının üzvləri olan sahibkar xanımlar öz biznes hekayələrini və fəaliyyətlərinin ilk illərində üzləşdikləri çətinliklər və onların həlli yolları barədə öz təcrübələrini paylaşıblar.

Görüşdə iştirak edən Ailə Biznesinə Asan Dəstək (ABAD) təşkilatının nümayəndəsi Turanə Hüseynova ABAD-ın ailə biznesinə dəstəyi haqda məlumat verib və regionlardakı sahibkar qadınların bu proseslərdə fəal iştirak etməyə çağırıb.


Paylaş