Çərşənbə, 1 Aprel, 2026

Bank Respublika ASC QIŞ TƏCRÜBƏ PROQRAMI elan edir.


  • Dərc edildi: 4 Yanvar, 2019 - 20:06
Bank Respublika ASC QIŞ TƏCRÜBƏ PROQRAMI elan edir.

Bank Respublika ASC istedadlı və motivasiyalı 4-cü kurs tələbələri və yeni məzunlar üçün QIŞ TƏCRÜBƏ PROQRAMI elan edir. Bankın müxtəlif sahələrində bacarıq, biliyin artırılmasına və karyera qurmasına yönəlik innovativ və sosial məqsədlər daşıyan karyera proqramı təklif olunacaq. Bank Respublika Sizə nə vəd edir? • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi; • Müvəffəqiyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı; • Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanları; • “Bank Respublika”-nın peşəkar komandasının bir üzvü olmaq imkanı. Peşəkar komandamıza qoşulmaq üçün Sizdən tələb olunur; • Universitetin 4-cü kurs tələbəsi və ya yeni universitet məzunu olmaq (maliyyə, iqti

sadiyyat və idarəetmə üzrə təhsil arzuolunandır); • Azərbaycan dili (əla), İngilis və Rus dilləri arzuolunandır; • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı; • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı; • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Bankın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxslər komandaya dəvət olunur. Uyğun namizədlərdən öz CV formalarını 18 yanvar 2019-cu il tarixədək [email protected] ünvanına mövzu hissəsində Qış təcrübə proqramı yazmaqla göndərmələri xahiş olunur.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 234
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 402
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 83
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 77
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1111
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 566
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 314
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 567
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 174
VI Azərbaycan Astron...