Cümə axşamı, 26 Mart, 2026

“Bank Respublika” ASC “Xəzinədarlıq Departamentinin mütəxəssisi” vəzifəsi


  • Dərc edildi: 12 Sentyabr, 2018 - 06:40
“Bank Respublika” ASC “Xəzinədarlıq Departamentinin mütəxəssisi” vəzifəsi

  Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi və 1000 nəfərə yaxın peşəkar komandası ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri: • Pul vəsaitlərinin idarə edilməsi üçün sistemlərin təkminləşdirilməsi və optimalaşdırılması; • Xəzinədarlıq üzrə kompleks təhlillər; • Maliyyə bazarları və pul axını ilə bağlı bazar araşdırılması və proqnozlaşdırılması; • Maliyyə bazarında pul vəsaitlərinin faiz təkliflərinin təhlili; • Məhsul portfelini gəlirlilik imkanlarının artırılması üçün optimalaşdırılması; • Komitələrə yekun hesabatların hazırlanması. Namizədə qarşı tələblər: • Təhsil: ali; (müvafiq sahə üzrə təhsi
lin olması arzuolunandır); • İş təcrübəsi: müvafiq sahə üzrə minimum 2 il; • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı); • Maliyyə bazarları (FX, MM) ilə bağlı məlumatlı olmalı; • “Treasury Dealing” prosesləri ilə məlumatlı olmalı; • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq; • Fikrini dəqiq, dolğun və özünə əminliklə yazılı və şifahi formada təqdim etmə; • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə; • Dəyişikliklərə operativ reaksiya vermə və sərbəst bu dəyişiklikləri təhlil edib, uyğunlaşma; • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; • Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq. Sizə nə təklif edirik? • Əlverişli iş mühitində çalışmaq imkanı; • Karyera və inkişaf perspektivləri. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 sentyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Xəzinədarlıq Departamentinin mütəxəssisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 179
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 342
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 61
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 61
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1063
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 524
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 297
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 542
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 162
VI Azərbaycan Astron...