Bazar, 1 Fevral, 2026

"Bank Respublika" da - Yay təcrübə proqramı


  • Dərc edildi: 15 İyun, 2018 - 22:24
"Bank Respublika" da - Yay təcrübə proqramı

Bank Respublika TƏCRÜBƏ PROQRAMI elan edir! Uyğun gördüyünüz dostlarınızı da qeyd edin, xəbərdar olsunlar! Yay Təcrübə ProqramıBank Resplika ASC” istedadlı və motivasiyalı universitet tələbələri üçün “Yay Təcrübə Proqramı” elan edir. Biz Sizə Bankın müxtəlif sahələrində bacarıq və biliyin artırılmasına yönəlik innovativ və sosial məqsədlər daşıyan təcrübə proqramı təklif edirik. Biz kimləri axtarırıq? Biz savadlı, özünə güvənən, Azərbaycanda və xarici ölkələrdə təhsil alan tələbələri yay təcrübə proqramına qoşulmağa dəvət edirik. Biz Bank Respublika olaraq yay təcrübə proqramında sizlərə nə vəd edirik? Biz Bankın ən güclü mütəxəssilərinə və menecerlərinə size təhkim etməklə, sizə təcrübə keçəcəyiniz sahə üzrə çox dərin biliklərə yiyələnmək, güclü komandada işləmək, gələcək karyeranızda böyük nailiyyətlər əldə etmək imkanı yaradırıq. Proqramın təsviri: Yay Təcrübə Proqramı güclü potensialı və Bank daxilində sürətli adaptasiya nümayiş etdirmək qabiliyyətinə malik müxtəlif ixtisas sahələrindən olan tələb

ələr üçün nəzərdə tutulmuşdur. Proqram tələbələrə öyrəndiklərini “iş yerində tətbiq” imkanı verir, eləcə də seçim şansı qazanan namizədlər üçün kütlədən seçilmək və gələcək karyera yolunda düzgün seçimlər və böyük nailiyyətlər qazanmaq üçün bir özül yaradır. Karyera təşəbbüslərinizi gerçəkləşdirmək və müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı qazanacaqsınız. Tələblər: • Universitet tələbəsi (iqtisadiyyat və idarəetmə sahələrində təhsil alanlara üstünlük verilir); • İnsanlarla peşəkar ünsiyyət qurmaq bacarığı; • Yüksək analitik düşünmə qabiliyyəti; • Azərbaycan dilində səlis danışıq qabiliyyəti (İngilis və Rus dilləri arzu olunandır); • MS Office proqramları üzrə ümumi bilik; Təcrübə müddəti iyul və avqust ayları ərzində nəzərə tutulmuşdur. Uyğun namizədlərdən öz CV formalarını 24 iyun 2018-ci il tarixədək [email protected] ünvanına mövzu hissəsində “Yay Təcrübə Proqramı” yazmaqla göndərmələri xahiş olunur.

Ən Son Məqalələr

Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 141
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 230
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 347
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 433
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 51
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 332
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 55
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 117
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 140
Zirə qəsəbəsinə aqro...