Çərşənbə, 1 Aprel, 2026

Bank və maliyyə portalı universitet tələbələri üçün Təqaüd Proqramı elan edir!


  • Dərc edildi: 23 Fevral, 2018 - 21:30
Bank və maliyyə portalı universitet tələbələri üçün Təqaüd Proqramı elan edir!

Azərbaycan aparıcı bank və maliyyə portallarından olan Banco.az ölkə universitetlərində təhsil alan tələbələr üçün təqaüd proqramı elan edir. Gənclərin, tələbələrin iqtisadiyyat, bank və maliyyə sahəsində biliklərinin arıtırlmasına, maarifləndirmə tədbirlərinə böyük önəm və dəstək verən ölkənin aparıcı maliyyə portalı olan Banco.az - “Banco.az Scholarship” tələbə təqaüd proqramını elan edir! Təqaüd proqramının həyata keçirilməsində əsas məqsəd yerli ali təhsil müəssisələrində təhsil alan istedadlı tələbələri həvəsləndirmək, eləcə də, dövlət və qeyri-dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək, onları tanıtmaq və mükafatlandırmaqdan ibarətdir. Portalın rəhbəri Fərid İslamov bildirir ki: "Təqaüd proqramımızda əsas məqsəd gənclərimizdə yazmağa, oxumağa, araşdırmağa, öyrənməyə və yenilikləri tətbiq etməyə həvəs yaratmaqdır. Bilirik ki, heç də bütün tələbələr öz gündəlik xərclərini ödəyə bilmirlər. O baxımdan istərdik ki, bu təqaüd proqramı tələbələrdə həvəs yaratsın və onlardan bir nəfərinin də olsa belə müəyyən aylıq xərclərini qarşılaya bilək. Bununla tələbəmiz daha çox oxumaq və özünü inkişaf etdirmək barədə düşünəcək.

Ölkədə fəaliyyət göstərən maliyyə və biznes portalları arasında ilk dəfə Banco.az bu təqaüd proqramını təqdim edir. İstərdik ki, digər saytlar, portallar və şirkətlər də bu sosial vacib işə qoşulsunlar və gələcəyimizə ümidimiz olan tələbələrimizi daha yaxşı imkanlar təqdim etsinlər." Layihədə yalnız Azərbaycan ali təhsil müəssisələrinin əyani şöbələrində, iqtisad yönümlü ixtisaslar (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s.) üzrə təhsil alan bakalavr pilləsinin II və III kurs tələbələri iştirak edə bilərlər. Layihədə iştirak etmək istəyən tələbə gənclər, aşağıda qeyd olunan üç mövzudan birinin ətrafında araşdırma xarakterli esse yazmalı və öz CV anketini qeyd olunan ünvana göndərməlidir. İkinci mərhələdə isə iştirakçılar müsahibədən keçməlidirlər. Mözvular Gələcəyin bankları. Bankçılığın gələcək perspektivləri və inkişaf imkanları. Gələcəyin peşələri – Robotlar və texnologiya dünya iqtisadiyyatını və həyatımızı necə dəyişəcək? Blochain texnologiyası və bu texnologiyanln dövlət və özəl qurumlarda tətbiqi imkanları Esse və CV-lər bu ünvana göndərilməlidir: [email protected] Son müraciət tarixi: 31 mart 2017-ci il Qeyd edək ki, layihə çərçivəsində keçirilən müsabiqədə qalib gələn 1 tələbəyə 1 il müddətində hər ay 100 AZN məbləğində təqaüd veriləcək.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 237
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 410
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 87
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 82
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1118
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 573
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 316
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 570
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 178
VI Azərbaycan Astron...