Şənbə, 31 Oktyabr, 2026

“Basqal” qoruğu və “Diri Baba” türbəsinə giriş qiymətləri müəyyən olunub


  • Dərc edildi: 25 Avqust, 2022 - 14:58
“Basqal” qoruğu və “Diri Baba” türbəsinə giriş qiymətləri müəyyən olunub

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda, eləcə də qoruğun balansında olan “Diri Baba” türbəsində aparılan yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilən turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar rüsumlar müəyyənləşdirilib. Bu barədə “Report”a Agentlikdən məlumat verilib.

Bu gündən “Basqal” qoruğunda yerləşən hamam-muzeyə giriş yerli turistlər üçün iki, tələbələr üçün bir, xarici vətəndaşlar üçün beş manat, “Diri Baba” türbəsi kompleksinə giriş yerli ziyarətçilər üçün pulsuz, xarici vətəndaşlar üçün beş manat olaraq müəyyənləşdirilib. Bundan əlavə, “Basqal” qoruğunda salınan parkinq
də minik avtomobilləri üçün 1, avtobuslar üçün 2 manat xidmət haqqı nəzərdə tutulub. “Diri Baba” türbəsi kompleksində yerləşən qurbangahdan istifadə üçün isə 10 manat ödəniş müəyyənləşdirilib. Hər iki abidəyə ölkə vətəndaşı olan əlillərin, müharibə veteranlarının, qazilərin və məktəblilərin, eləcə də 12 yaşınadək olan xarici turistlərin girişi ödənişsizdir. Sentyabrın 22-dən “Basqal” qoruğunun iş saatları istirahət və bayram günləri də daxil olmaqla hər gün səhər saat 10:00-dan 20:00-a qədərdir. “Diri Baba” türbəsi abidəsi isə istirahət və bayram günləri daxil olmaqla yay mövsümündə hər gün səhər saat 10:00-dan 20:00-dək, qış mövsümündə isə 09:00-dan 18:00-ə qədər ziyarət üçün açıq olacaq.

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 29
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 120
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 145
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 326
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1068
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 392
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 572
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 673
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 786
Trabzon Sağlamlıq Qr...