Cümə axşamı, 19 Fevral, 2026

"Battle of Brands" layihəsi


  • Dərc edildi: 18 Aprel, 2018 - 21:27
"Battle of Brands" layihəsi

Student Club Azerbaijan "Battle of Brands" layihəsi ilə sizlərin görüşünə gəlir. 21 aprel 13:00-da başlayacaq Student Club Azerbaijan-ın "Battle of Brands" layihəsinin məqsədi Cümhuriyyətin 100 illiyi münasibəti ilə Şirkətləri, Media qurumlarını və Gəncləri bir araya gətirməkdir. Tədbirimizdə Avrora LLC-nin marketoloqu, Laferalla-nın Brend Meneceri Novruz Rüstəmov ( Novak Rustamovič) öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşəcək. Ardınca müxtəlif şirkətləri təmsil edəcək komandalar tərəfdaş şirkətlərin verdiyi hədiyyə uğrunda mübarizə aparacaqlar. Digər İntellektual yarışlardan fərqli olaraq bu yarışda Məntiqinizlə yanaşı Brendlər haqqında məlumatlarınızdan da istifadə edib yarışmalı olacaqsız. Tədbirimizdə iştirak edən və təmsil olunan şirkətlər tədbirdəki media qurumlarına öz uğurları və fəaliyyətləri haqda məlumat vermək imkanı əldə edib, hədiyyələri və təcrübələri ilə müsabiqədə iştirak edəcək gənclərə dəstək olacaqlar. Tədbirdə iştirak edəcək media qurumları ölkəmizdə ilk dəfə keçiriləcək Battle of Brands yarışının bir parçası olacaqlar və Cümhuriyyətin 100 illiyi şərəfinə keçiriləcək bu tədbirin ictimaiyyətə çatdırılması üçün çalışacaqlar. İndi isə möhtəşəm üçlüyü tamamlamaq üçün növbə siz gənclərdədir, yalnız birlikdə olduğumuz zaman 3 rəngli bayrağı başımız üstünə qaldırıb, Bir kərə Yüksələn Bayraq Bir daha enməz deyə bilərik, bəs sən, bu məsuliyyətli, şərəfli və heç vaxt təkrarlanmayacaq bir anın bir parçası olmağa hazırsanmı ?! O zaman 5 nəf

ərlik Komandan ilə qeydiyyatdan keç, seçiləcək 8 Komandadan biri olmaq şansı əldə et. Yarışmaya qoşul və iştirakçı kimi təmsil edəcəyin şirkətlərdən hədiyyələr qazan. Qalib komandanı isə müxtəlif şirkətlərdən daha dəyərli hədiyyələr gözləyir! Təşkilatçılar: Student Club Azerbaijan Azad İstehlakçılar Birliyi Economy&Quality Journal Tədbir New Baku Hoteldə təşkil olunacaq. İştirak bütün gənclər üçün ödənişsizdir. Tədbirdə iştirak etmək üçün linkə daxil olub qeydiyyatdan keçin. Tədbirdə həm öz komandanızla qeydiyyatdan keçib yarışa qoşula, komandanız yoxdursa fərdi şəkildə qoşulmaqçün qeyd olunan linkdən qeydiyyatdan keçə bilərsiz. Əvvəlcə sizə marketinq haqda zəruri biliklər izah ediləcək, ardınca müsabiqəyə başlayacaqsız. Komanda ilə müsabiqəyə qoşulmaq üçün link: https://goo.gl/GXe2GB Fərdi şəkildə müsabiqəyə qoşulmaq üçün link (Komanda biz tərəfdən yaradılacaq): https://goo.gl/LJrx4H İzləyici kimi qeydiyyatdan keçmək istəyənlər üçün link: https://goo.gl/1dtmzo Ətraflı məlumat: 050 719 01 86

Ən Son Məqalələr

Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 110
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 188
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 364
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 63
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 242
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 357
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 468
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 576
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 98
Bu il keçiriləcək bu...