Mehinbanu ölkəmizi İngiltərədə keçirilən incəsənət yarışmasında təmsil edir.
Münsiflərin rəyi ilə bərabər "like" (bəyən) sayının da çox olması arzu olunandır. Ona görə hər kəsdən sadəcə videoya (və ya linkə https://www.youtube.com/watch?v=cu2m8sM7Mfg ) daxil olaraq YouTube-da videonu bəyənib, rəy yazmaqla həmvətənimizə dəstək olmaq xahiş olunur.
Gəlin şagirdimizi bu yolda tək qoymayaq, dəstək olaq!
https://www.youtube.com/watch?v=cu2m8sM7Mfg
Videonin linki: https://www.youtube.com/watch?v=cu2m8sM7Mfg
BAYRAMLI MEHİNBANU CEYHUN QIZI HAQQINDA ÜMUMİ MƏLUMAT:
Bayramlı Mehinbanu Ceyhun qızı 12 iyun 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2014-cü ildə Bakı şəhəri 144 saylı tam orta məktəbin I sinfinə daxil olmuşdur. Hazırda 176 saylı tam orta məktəbin IX sinif şagirdidir. Bu günədək təhsil aldığı müddətdə sinif əlaçısı kimi fərqlənmişdir.
2015-ci ildə M.Maqomayev adına 26 saylı onbirillik musiqi məktəbinə daxil olmuş, 2020-ci ildə həmin məktəbin qanun musiqi aləti ixtisası üzrə 5 illik tam kursunu fərqlənmə şəhadətnaməsi ilə bitirmişdir. Hal hazırda bu musiqi məktəbinin X sinfində qanun musiqi aləti üzrə təhsil almaqdadır.
Mehinbanu Bayramlı qanun musiqi alətində ifa etməklə bir çox musiqi müsabiqələrinə qatılmış və bunların hər birində uğur qazanmışdır.
1) 02.04.2019-08.04.2019-cu il tarixlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhəri üzrə Mədəniyyət İdarəsinin Q.Qarayev adına mərkəzi mədəniyyət məktəbinin təşkil etdiyi “World harmony” adlı klassik musiqi və folklor üzrə gənc ifaçıların beynəlxalq müsabiqəsi - I yer üzrə diplom
2) 01.06.2020-ci və 01.06.2021-ci il tarixlərdə Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi “Üç alov” folklor, klassik və müasir musiqi üzrə onlayn festivalda folklkor alətləri nominasiyası üzrə - II yer üzrə diplom
3) 20.07.2020-30.08.2020-ci il tarixlərində Bakıda keçirilmiş “Cənubi rapsodiya” adlı beynəlxalq incəsənət müsabiqəsi - Qran-pri diplomu
4) 01.12.2020-31.01.2021-ci il tarixlərində Rusiyanın Rostov-na-Don şəhərində keçirilmiş “Qar uvertürası” adlı beynəlxalq incəsənət müsabiqəsi - Qran-Pri diplomu (ansambl),
1-ci yer (solo)
5) 02.01.2021-14.01.2021-ci il tarixlərində Türkiyədə keçirilmiş New Year’s Stars beynəlxalq musiqi yarışması - 1-ci yer
6) 2021-ci ildə Moskvada musiqi məktəbi tərəfindən keçirilmiş Qara Qarayev adına açıq internet müsabiqəsi - 1-ci yer
7) 2021-ci il İtaliyada “Management İtalia Festivals” Assosiasiyası tərəfindən keçirilmiş “Liberta creativa” adlı beynəlxalq onlayn müsabiqə - Qran pri
8) 22.03.2021-ci il tarixdə Qazaxıstanın Petropavlovsk şəhərində “Art Elit.kz” Yaradıcılıq Birliyi tərəfindən keçirilən “Musiqili bahar” adlı ifaçılıq mədəniyyəti üzrə “Buta” Qanun ifaçıları ansamblı ilə birlikdə və milli musiqi alətlərinin ifası nominasiyası üzrə beynəlxalq müsabiqədə qanunda solo ifa - 1-ci dərəcəli laureat (ansambl), 1-ci dərəcəli laureat (solo)
9) 16.06-19.06.2022-ci il tarixdə Türkiyənin Antalya şəhərində Akdeniz Universiteti və Qazaxıstan İncəsənət Akademiyasının birgə təşkil etdiyi “Akdeniz Sounds” adlı beynəlxalq gənclər müsabiqəsində folklor alətlərində ifa nominasiyası üzrə - 1-ci yer diplomu və kuboku
Mehinbanu Bayramlı yaşının azlığına baxmayaraq, qanun musiqi alətinin ifası üzrə qazandığı uğurlara görə dəfələrlə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənclərə dəstək layihəsi çərçivəsində keçirilən müxtəlif səpkili konsertlərdə və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə həm solo, həm də “Buta” ansamblı ilə birlikdə çıxışlar etmişdir. Bundan başqa, 2021-ci ildə Türkiyə Respublikasının Bakıdakı Səfirliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunan Üzeyir Hacıbəyovun 135 illik yubileyi münasibətilə İspaniyada nəşr olunmuş poçt markalarının təqdimatı mərasimində “Buta” qanunçalanlar ansamblının tərkibində çıxış etmişdir. 2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş musiqi günündə Mehinbanu Bayramlı qanun musiqi alətində solo ifası ilə yadda qalmış və festivalın yekununda diploma layiq görülmüşdür.
Qanun musiqi alətinin ifası üzrə istedadından əlavə, Mehinbanu Bayramlı həmçinin gözəl rəqs etmək qabiliyyətinə malikdir və bu bacarığı üzrə də uğurlar əldə etmişdir. 2017-ci ildə rəqs üzrə Azərbaycan Açıq Çempionatında “Natiq” rəqs ansamblı ilə birlikdə çıxış edən Mehinbanu Bayramlı I yer üzrə diploma layiq görülmüşdür. 02-03.01.2018-ci il tarixlərdə Heydər Əliyev Sarayında keçirilmiş “Yeni il gəlir, xoş gəlir” adlı interaktiv, əyləncəli və musiqili yeni il şənliyində iştirakına görə də sarayın rəhbərliyi tərəfindən təltif olunmuşdur.
Uşaq hüquqları üzrə də zəruri biliklərə sahib olan Mehinbanu Bayramlı 2019-cu ilin may ayında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində həyata keçirilmiş “Uşaq hüquqlarının pilləli tədrisi” kursunu bitirərək trenerlik bacarıqlarına yiyələndiyini təsdiqləyən sertifikatla təltif olunmuşdur. Bununla yanaşı, təhsildə uğurları ilə seçilən Mehinbanu Bayramlı 2020-2022-ci illərdə əlavə təhsil aldığı “Ulduz” Hazırlıq Mərkəzinin Bilik yarışmalarında dalbadal üç il kurs birincisi olmuş və təltifnamə almışdır.
Bundan başqa, o, bu il “12 avqust Beynəlxalq Gənclər günü” münasibətilə Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
Mehinbanu Bayramlı hazırda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Mədəniyyət Şəbəkələr Evi” Assosiasiyasının birgə təşkilatçılığı ilə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayevin rəhbərliyi ilə 11 may-29 iyun 2022-ci il tarixlərindən həyata keçirilən “Ustad dərsləri” layihəsində, tədbir və konsertlərdə uğurla iştirak edir.
https://youtu.be/oyab0STTP8s