23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində inşaat, layihələndirmə və memarlıq sahəsinin ən mötəbər tədbirlərindən biri – “BakuBuild Azerbaijan 2018” sərgisi keçiriləcək. “BakuBuild Azerbaijan” sərgisi ən tələb olunan və ziyarət edilən tədbirlərdən biridir. Artıq uzun illərdir ki, sərgi bu sahənin peşəkarlarını öz platformasında bir araya gətirir və burada ən son yeniliklər nümayiş olunur. “BakuBuild Azerbaijan 2018” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və ilk dəfə olaraq Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir.
Bu il dünyanın 20-dən yuxarı ölkəsindən 250-dən çox şirkət Bakı şəhərində keçirilən, məhsul və texnologiyaların nümayiş olunduğu və yayıldığı əsas qovşaq sayılan bu sərgidə iştirak edəcək. İştirakçılar arasında Azərbaycan, Danimarka, Yunanıstan, Kanada, Çin, Türkiyə, Ukrayna, Finlandiya, Rusiya, Sloveniya, ABŞ və digər ölkələri təmsil edən şirkətlər yer alır. “BakuBuild Azerbaijan” sərgisinin xüsusi cəhətlərindən biri də kollektiv milli stendlərin fəal iştirakıdır. Bu il Almaniya, İran, İtaliya, BƏƏ və Polşa kimi ölkələr milli qruplar ilə təmsil olunacaq. Yerli inşaat şirkətləri “BakuBuild Azerbaijan” sərgisində daim fəal iştirak edir, çünki bu tədbir Azərbaycan şirkətlərinin öz imkanlarını beynəlxalq səviyyədə nümayiş etdirmələri üçün mükəmməl fürsətdir. Həmçinin bu il öz məhsullarını “Made in Azerbaijan” brendi altında təqdim edən yerli şirkətlər də tədbirdə iştirak edirlər. “BakuBuild Azerbaijan 2018” sərgisinin qeydiyyat sponsoru qismində sərginin daimi iştirakçısı - “Corella” markasını təqdim edən “NB Group” şirkəti çıxış edir. Sərgi hər il bu tədbir sayəsində ən qısa yoldan istifadə edərək yerli bazarı öyrənmək və onun tərkib hissəsi olmaq istəyən yeni iştirakçıların diqqətini cəlb edir, çünki “Xəzər İnşaat Həftəsində” bütün sənaye sahəsi bir arada toplanır.
Bu il sərgi tikinti materialları, döşəmə örtükləri, keramika, üzlük daşlar, mərmər, qapı və pəncərələr, eləcə də interyer məmulatlarının geniş çeşidini əhatə edəcək. Lak-boya sektoru həm yerli, həm də xarici şirkətlər tərəfindən lazımı səviyyədə təmsil olunacaq. Sərgidə otaqlararası və giriş qapılarının, eləcə də bağ evləri və ofis binaları üçün metal və avtomatik qapıların geniş çeşidi ilə nümayiş etdiriləcək. Ənənəvi olaraq, dam materialları və taxta məmulatları da tədbirdə geniş şəkildə sərgilənəcək. Builki yeniliklər arasında innovativ qarışıqlar, beton, cilalama maşınları, beton paya və plitələr hazırlamaq üçün yüksək texnoloji dəzgahlar və bir sıra digər məhsullar yer alır.
“BakuBuild Azerbaijan” sərgisinin keçiriləcəyi günlərdə eksponentlər üçün “B2B” formatlı görüşlər təşkil olunacaq. Həmçinin şirkətlərin yeni məhsullarını vitrinlərdə təqdim edən xüsusi səhnə “BakuBuild Azerbaijan” sərgisinin iştirakçıları üçün yenilik olacaq. Burada şirkətlərin təmsilçiləri yeni məhsullar haqqında məlumat verərək onları təcrübədə nümayiş etdirəcəklər. “BakuBuild Azerbaijan” sərgisinin təşkilatçıları tərəfindən təqdim edilən daha bir yenilik isə loyallıq proqramı olacaq. Bu proqram ziyarətçilərə təmsil olunan şirkətlərdən məhsul və ya xidmətləri xüsusi endirimlə satın almağa imkanı verəcək. Eyni zamanda, “BakuBuild Azerbaijan” sərgisində təmir və lak-boya məhsullarının təcrübədə nümayiş olunacağı mini-emalatxana təşkil ediləcək.
“BakuBuild Azerbaijan” sərgisi ilə eyni platformada Azərbaycan və Rusiyanı təmsil edən mebel şirkətlərinin iştirakı ilə Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi “Caspian MebelExpo 2018” sərgisi keçiriləcək.
“BakuBuild Azerbaijan” sərgisi özü ilə yeni texnologiyalar, eləcə də yeni əlaqələr və tərəfdaşlıqlar gətirməklə yanaşı, ölkənin inşaat sektorunun inkişafını daha da stimullaşdıracaqdır.
Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.
"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515
Sərgiyə necə gəlmək olar:
"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.
Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:
Sizi sərgini ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!
Diqqət! 23-26 oktyabr tarixində sərgiyə yalnız bu sahənin mütəxəssisləri və digər sahələrdə çalışan iş adamları daxil ola bilərlər.
Tələbələr və daimi iş yeri olmayanlar sərgiyə yalnız 26 oktyabr tarixində daxil ola bilərlər.
Yaşı 17-dən az olan şəxslər sərgiyə buraxılmayacaqlar.
Bu il təşkilatçılar “Bagcam.az” uşaq bağçaları şəbəkəsi ilə əməkdaşlığa başlamışlar. Bu şəbəkə sərgidə uşaqlar üçün əyləncə zonası yaradacaq və valideynlər öz uşaqlarını bu təhlükəsiz zonaya ötürdükdən sonra sərgi stendlərini rahat şəkildə ziyarət edə biləcəklər. Uşaqlar üçün əyləncə zonası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək və burada “Bagcam.az” şəbəkəsinin peşəkar müəllim və tərbiyəçiləri uşaqları maarifləndirici oyunlara, habelə faydalı və əyləncəli tədbirlərə cəlb edəcəklər.
Siz sərgini dəvətnamə və ya sərginin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz sərgiyə dair bütün materialları "FAST TRACK" masasından alacaqsınız və bununla da sərgidə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.
Ziyarətçinin döş nişanı bu imkanları verir:
» Dəvətnaməni əldə edin

Sərginin iş saatları | ↑ |
23 oktyabr, Çərşənbə axşamı | 11:00 - 18:00 | |
24 oktyabr, Çərşənbə | 10:00 - 18:00 | |
25 oktyabr, Cümə axşamı | 10:00 - 18:00 | |
26 oktyabr, Cümə | 10:00 - 16:00 |
Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.
Keçirildiyi yer | ↑ |
"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515
Sərgiyə necə gəlmək olar:
"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.
Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:
- "Koroğlu" metro stansiyasından - N 136, 160, 171
Ziyarət qaydaları | ↑ |
Sizi sərgini ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!
Diqqət! 23-26 oktyabr tarixində sərgiyə yalnız bu sahənin mütəxəssisləri və digər sahələrdə çalışan iş adamları daxil ola bilərlər.
Tələbələr və daimi iş yeri olmayanlar sərgiyə yalnız 26 oktyabr tarixində daxil ola bilərlər.
Yaşı 17-dən az olan şəxslər sərgiyə buraxılmayacaqlar.
Bu il təşkilatçılar “Bagcam.az” uşaq bağçaları şəbəkəsi ilə əməkdaşlığa başlamışlar. Bu şəbəkə sərgidə uşaqlar üçün əyləncə zonası yaradacaq və valideynlər öz uşaqlarını bu təhlükəsiz zonaya ötürdükdən sonra sərgi stendlərini rahat şəkildə ziyarət edə biləcəklər. Uşaqlar üçün əyləncə zonası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək və burada “Bagcam.az” şəbəkəsinin peşəkar müəllim və tərbiyəçiləri uşaqları maarifləndirici oyunlara, habelə faydalı və əyləncəli tədbirlərə cəlb edəcəklər.
Siz sərgini dəvətnamə və ya sərginin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz sərgiyə dair bütün materialları "FAST TRACK" masasından alacaqsınız və bununla da sərgidə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.
Ziyarətçinin döş nişanı bu imkanları verir:
- Sərginin bütün iş günlərində sərgini pulsuz ziyarət etmək;
- Qeydiyyatdan keçmək üçün növbəyə durmadan sərgiyə daxil olmaq;
- Sərgi ilə bağlı məlumatlar paketini əldə etmək;
- Sərginin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).
» Dəvətnaməni əldə edin