Cümə axşamı, 13 Avqust, 2026

“Biotibbi siqnallar” mövzusu üzrə seminar


  • Dərc edildi: 25 Oktyabr, 2018 - 13:20
“Biotibbi siqnallar” mövzusu üzrə seminar

Azərbaycan Elm Assosiasiyası Qafqaz Point Hotel-də 27 oktyabr 2018-ci il tarixində saat 11:30-da “Biotibbi siqnallar” mövzusu üzrə seminar keçirəcək. Bədənimizdə baş verən hər bir proses, hər bir dəyişiklik bizim sağlamlığımız haqqında dolğun informasiya mənbəyi hesab oluna bilər. Ürək döyüntüləri, qan təzyiqi, qanda şəkərin miqdarı, beyinin neyroloji aktivliyi kimi göstəricilər buna misal ola bilər. Həkimlərin diaqnostikasında əvəzolunmaz rolu olan bu göstəricilərin hər birinin arxasında biotibbi siqnallar və onların emalı və analizi məsələləri dayanır.

Bu siqnalların əldə olunması və emalı isə biotibbi texnologiya mühəndislərinin fəaliyyət dairəsinə daxildir. Seminar çərçivəsində ən geniş yayılmış biotibbi siqnalların emal üsullarından olan elektrokardioqramma (EKQ) və elektromioqrafiya (EMQ) haqqında xüsusilə məlumat veriləcək. Bunlarla yanaşı, maqnit rezonans tomoqrafiya (MRT) üsulu və onun iş prinsipi də seminarda təqdim olunacaq. Təqdimatçı – Elman Kərimli Məkan – Qafqaz Point Hotel Tarix – 27 oktyabr 2018-ci il Saat – 11:30-13:00 İştirak pulsuzdur. Qeydiyyat tələb edilmir. Nəqliyyat: Elmlər metrosu 2, 3, 6, 11, 18, 39, 53, 77 nömrəli avtobuslar

Ən Son Məqalələr

Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 230
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 108
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 302
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 382
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 495
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 468
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 548
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 691
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 1062
Xanımlar üçün Founda...