Cümə, 3 Aprel, 2026

“Bir ölür – min dirilərik!” adlı layihə


  • Dərc edildi: 2 Yanvar, 2021 - 13:19
“Bir ölür – min dirilərik!” adlı layihə

Qəhrəmanlarımızı gənclərə tanıdaq! “Bakı Gənclər Klubu” ictimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə dövlətimizin siyasətinin vacib tərkib hissəsi - gənclərimizin vətənpərvər ruhda tərbiyəsini əsas tutaraq, 28 dekabr 2020 –28 mart 2021-ci il tarixlərində “Bir ölür – min dirilərik!” adlı layihənin icrasını həyata keçirir. Layihə Bakı şəhəri və keçmiş çəbhəyanı rayonlarda həyata keçiriləcək. Layihənin məqsədi - Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi video-çarxlar vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə qəhrəman obrazları yaratmaqdır. Layihə çərçivəsində 5 video-çarxın çəkilişi həyata keçiriləcək. Bu məqsədlə keçmiş cəbhəyanı - I və II Qarabağ müharibəsi qazilərin yaşadıqları və müharibələr

zamanı qızqın döyüşlər getdiyi rayonlara səfərlər təşkil olunacaq. Çəkilişlərdə müxtəlif – topçu, tankçı, kəşfiyatçı və s. döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, qəhrəmanlıq döyüş yolları, döyüş gedən məkanlar, gənc nəslə tövsiyyələri və s. məqamlar öz əksini tapacaq. Hazırlanmış video-çarxlar gələcəkdə gənclərimizi vətənpərvər ruhda böyüməsi, yeni qəhrəman obrazların yaranması və həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılmasına yol açacaq. “Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 250
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 418
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 89
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 87
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1127
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 580
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 320
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 575
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 179
VI Azərbaycan Astron...