Bazar ertəsi, 6 Aprel, 2026

“Bizimkilər festivalı” yarmarkası


  • Dərc edildi: 13 Dekabr, 2022 - 06:03
“Bizimkilər festivalı” yarmarkası

Yarmarkalar gündəlik həyatımıza əlvan çalarlar və müxtəliflik gətirir. “Handicraft Baku” and “Stock” komandası ABAD-ın informasiya dəstəyi ilə qısa müddət ərzində kəmiyyət və keyfiyyətcə böyüyərək artıq xoş ənənə halını alan “Bizimkilər festivalı” yarmarkalarının təşkilatçısı kimi özünü sübut edib.   “Bizimkilər festivalı”nın fəlsəfəsi təşkilatçıların özləri üçün çağırışa çevrilib. Yeni il ərəfəsində onlar yenidən hər kəsi möhtəşəm yarmarkaya dəvət edirlər. Yarmarka dekabrın 16, 17 və 18-də “Passage 1901”də baş tutacaq.   Təşkilatçı komanda ilə keçirəcəyiniz 3 gün sizə əyləncə, sevinc və həzz bəxş edəcək. Bu günlərin hər biri fərqli cür unikal və unudulmaz olacaq.   Dekabrın 16-da saat 16:00-dan 23:00-dək festivalın qonaqları rəssamların və sənətkarların əsərləri ilə tanış ola və onları əldə edə biləcəklər.   Saat 19:30-da xeyriyyə məqsədilə “Şəkərbura Şou” adlı xüsusi intellektual-əyləncəli oyun baş tutacaq. Oyundan yı�

�ılan vəsait Azərbaycanda və Ukraynada müharibədən zərər çəkmiş uşaqlara yardım məqsədilə istifadə olunacaq.   Dekabrın 17-də saat 11:00-dan 20:00-dək yarmarkada ən yaxşı əl işi sənətkarlarının əsərləri ilə tanış ola biləcəksiniz. Yarmarka zamanı hər kəs sevimli bayram ərəfəsində özü və yaxınları üçün yaddaqalan və dəyərli əl işləri ala biləcək.   Dekabrın 18-i saat 11:00-dan 20:00-a kimi yerli geyim və aksesuar dizaynerləri yeni kolleksiyalarla ziyarətçilərin görüşünə gələcəklər.   Yarmarkada iştirak etməklə işinə ruhunun bir parçasını, qəlbinin hərarətini qoyan istedadlı və unikal sənətkarlarımıza dəstək vermiş olacaqsınız. Əyləncəli, sürprizlərlə dolu bayram ab-havasından, canlı musiqidən zövq alacaq, nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda tanınan və məşhur olan yerli brendlərin yaradıcıları ilə tanış olmaq imkanı əldə edəcəksiniz. Giriş sərbəstdir! Dekabrın 16, 17 və 18-də Ünvan “Passage 1901” (DİN yanı, ən yaxın metro İçərişəhər)

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 269
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 441
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 99
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 95
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1142
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 597
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 328
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 593
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 185
VI Azərbaycan Astron...