Bazar, 8 Fevral, 2026

"Biznesini Yarat" Marafonuna qoşul, Öz biznesini qur!


  • Dərc edildi: 23 Fevral, 2021 - 10:01
"Biznesini Yarat" Marafonuna qoşul, Öz biznesini qur!

Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə icra etdiyi “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində ilk layihəyə - “Biznesini Yarat Marafonu”na start verilir. Layihənin tələblərinə uyğun 18-29 yaş arası gənclər https://genc.az/biznesini-yarat-erize-formasi/ daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müraciət üçün son tarix: 01.03.2021⏳ Əlaqələndirici şəxs: Tural (055) 313 12 16

Biznes marafonlar vasitəsi ilə gənclərin rəqabətə davamlılığının artırılmasına və potensiallarının reallaşdırılmasına dəstək göstərən, beləliklə onlar arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn layihədir. Layihə çərçivəsində gənclər arasında biznes marafonlar təşkil ediləcək. Layihə pandemiya dövründə keçirildiyi üçün marafona müraciətlər video formasında olacaq. Gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa video çarx vasitəsilə təqdim edəcəklər və müraciətlər “Qiymətləndirmə komissiyası” tərəfindən dəyərləndiriləcək. Marafonun qalibi olan gənclər özünüməşğulluq proqramına cəlb edilərək biznes ideyalarını reallaşdırmaq üçün dəstək alacaqlar. Məlumat üçün bildirək ki, özünüməşğulluq proqramı Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən icra olunmaqdadır. Proqram əməkqabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsinə yönəldilən ən vacib aktiv əmək bazarı proqramlarından biridir. Proqrama əsasən, əvvəlcə özünüməşğulluğa müraciətlər qəbul edilir və dəyərləndirilir, bu mərhələni uğurla keçən şəxslər biznes planın hazırlanması ilə bağlı təlimə cəlb olunurlar və təlimi uğurla başa vuran şəxslərə natura şəklində müvafiq aktivlərlə (avadanlıq) təmin olunurlar.
Layihənin məqsədləri:
  • Gənclərin rəqabətə davamlılığının artırılması;
  • Gənclərin potensialının reallaşdırılması;
  • İşsiz və işaxtaran gənclərin özünüməşğulluğa cəlb edilərək işlə təmin olunması.
Layihənin hədəf qrupu:
  • Layihənin əsas hədəf kütləsi olan 300 nəfər gənc aşağıdakı kateqoriyalar üzrə müəyyənləşdirilmişdir:
  • Yaş aralığı 18-29;
  • Məsuliyyətli və öyrənməyə həvəsi olan;
  • İşsiz və işaxtaran gənclər.
Aşağıda qeyd olunmuş kateqoriyalardan birinə daxil olan şəxslər müraciət edə bilməzlər:
  • aktiv əmək müqaviləsi olan şəxslər;
  • işi və qazancı olan şəxslər;
  • təhsil müəssisəsində əyani təhsil alan şəxslər.
Müraciətlər dəyərləndirilərkən aşağıda qeyd olunmuş bəndlərə uyğun gənclərə üstünlük veriləcəkdir:
  • Əmək qabiliyyətli əlilliyi olan gənclər;
  • Risk qrupuna daxil olan gənclər;
  • Şəhid ailəsinin üzvü olan gənclər;
  • Vətən müharibəsində iştirak etmiş gənclər;
  • Məcburi köçkün qəsəbələri və işğaldan azad edilmiş bölgələrdən olan gənclər.

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 133
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 274
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 35
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 195
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 292
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 390
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 500
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 69
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 359
Ted1.az saytı SATILI...