Cümə, 27 Mart, 2026

“Boomerang” adlı biznes və karyera tədbiri - Xeyriyyə Tədbiri


  • Dərc edildi: 19 Oktyabr, 2018 - 11:27
“Boomerang” adlı biznes və karyera tədbiri - Xeyriyyə Tədbiri

“Boomerang”- Burada etdiyiniz və öyrəndiyiniz hər şey bir gün mütləq şəkildə sizə geri dönəcəkdir. Doğrudur, "yaxşılıq et, dənizə at"- deyilir, amma bu dəfə etdiyiniz yaxşılıqla bərabər öyrəndikləriniz dənizdə qalmayacaq, sizə gələcək karyeranızda ən az dərya qədər fayda verəcəkdir. 28 Oktyabr saat 12:00-da keçiriləcək “Boomerang” adlı biznes və karyera tədbirini sizlərə təqdim edirik. Layihənin məqsədi gənc nəslin şəxsi biznes və uğurlu karyera qurmaq istəklərinə kömək etmək və bu sahənin peşəkarları tərəfindən gənclərə lazımi məlumatlar vermək, eyni zamanda kiçik bir qızcığazın müalicəsinə dəstək olmaqdır. Tədbir müddətində Həlimə Qəmərlinskaya- “Komanda idarəsi və liderlik” Xəqani Bəşirov- “Şirkətlərdə HR sisteminin qurulması” Xəqani Səfərov- “HR karyerasının qurulması” Rasim Adjalov- “Karyera planlaması” Pərviz Əzimov- “Digital Marketing” Kamran Abdullayev- “Biznesdə manipulyasiya” mövzularında çıxış edəcək. Təlimçilər barədə: Həlimə Qəmərlinskaya- Azərbaycanda “Stress management” üzrə aparıcı-ekspertdir. Business konsultant olaraq çalışır. Xəqani Bəşirov- FINCA Azerbaycanda Kredit mütəxəssisi/Kredit texnologiyaları üzrə təlimçi və MolBulak BOKT'ta Təlim-metodoloji mərkəzin rəhbəri kimi çalışıb. Hal-hazırda isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları departamentində çalışır. Xəqani Səfərov- Gilan holdingdə İnsan Resursları departamentində HR və İnsan Resursları Əməliyyatları üzrə menecer kimi çalışıb. Hal-hazırda isə Avrora şirkətlər qrupunda Təşkilati inkişaf və İnsan Resursları departamentinin direktorudur. Rasim Adjalov indiyə kimi 1500-dən çox gəncin Business və Career planing mövzusu üzrə konsultantıdır. 2011 Respublika Biznes müsabiqəsində, Amerika səfirliyinin layihələrində,EDF,CİPE, USAİD Georgia, CES, BMW Foundation, Play the Game, özəl şirkətlərdə konsultant olmuşdur. Pərviz Əzimov- Technol şirkətinin marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri. 6 ildən çoxdur ki, bir neçə yerli və beynəlxalq şirkətdə marketinq və rəqəmsal marketinq mütəxəssis kimi çalışır. Kamran Abdullayev- Təlimçi kimi "Liderlik", "Natiqlik", "Hədəflərin təyin olunması", "Ünsiyyətin qurulmas�

�" və s. mövzularda 40-dan artıq təlimin, həmçinin "Danışan kitab", "B.İ.L" layihələrinin müəllifidir. Təşkilatçı: BusinessX Tərəfdaşlarımız: Ovod kitab evi Starbucks Young Business Factory Upper Education Student Club Azerbaijan “İqtisadçı Tələbələrə Dəstək” ictimai birliyi Məkan: Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü (Semaşko) korpusu Saat: 12:00-18:00 Bilet: 20 AZN (Tələbələr üçün 10 AZN) Online ödəmə mövcuddur. İştirakçılara sertifikat təqdim olunacaqdır. Biletləri əldə etmək üçün Facebook: BusinessX, İnstagram: _businessx səhifələrinə mesaj yaza və ya 077 642 36 03 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qeydiyyat üçün link : https://goo.gl/forms/ZXBJFnnt2K5h3NiR2 Qeyd: Tədbirdən əldə olunan bütün vəsait balaca Şəmsin müalicəsi üçün ailəsinə təqdim olunacaqdır! Ətraflı məlumat: https://www.facebook.com/events/301564017120129/ https://www.instagram.com/p/BpCk2L8gD0r/?utm_source=ig_share_sheet&igshid=z2dk422b1gii

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 191
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 356
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 63
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 61
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1069
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 531
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 299
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 544
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 162
VI Azərbaycan Astron...