Cümə axşamı, 19 Mart, 2026

"Boomerang" adlı xeyriyyə tədbiri keçirildi


  • Dərc edildi: 3 Noyabr, 2018 - 13:03
"Boomerang" adlı xeyriyyə tədbiri keçirildi

28 oktyabr, 2018-ci il tarixində "Boomerang" adlı xeyriyyə tədbiri keçirildi. Layihənin məqsədi gənc nəslin şəxsi biznes və uğurlu karyera qurmaq istəklərinə kömək etmək və bu sahənin peşəkarları tərəfindən gənclərə lazımi məlumatlar vermək, eyni zamanda kiçik bir qızcığazın müalicəsinə dəstək olmaq idi. Tədbir layihə rəhbəri və UNEC, SABAH qrupları, 3-cü kurs tələbəsi Ləman Abaslı, gənclərin inkişaf yönümlü biznes platforması olan Unec, Sabah qrupları, 3-cü kurs, menecment ixtisası tələbələrindən ibarət "BusinessX" komandası və Unec İqtisadçı Tələbələrə Dəstək ictimai birliyinin sədri Adnan Nəcəfov xüsusi səyi və təşkilatçılığı ilə keçirildi. Tədbir müddətində Həlimə Qəmərlinskaya- “Komanda idarəsi və liderlik” Xəqani Bəşirov- “Şirkətlərdə HR sisteminin qurulması” Xəqani Səfərov- “HR karyerasının qurulması” Rasim Adjalov- “Karyera planlaması” Pərviz Əzimov- “Digital Marketing” Kamran Abdullayev- “Biznesdə manipulyasiya” mövzularında çıxış etdi. Tədbirin tərəfdaşları qismində isə Ovod kitab evi Starbucks Young Business Factory Upper Education Student C

lub Azerbaijan Simurq Travel Canella Cake House Crispa dəstəyini göstərdi. Tədbir 2 hissədən ibarət oldu. 1-ci hissədə 3 spiker çıxış etdikdən sonra kofe-break edildi və iştirakçılar Starbucks(kofe), Canella Cake House (peçenyelər), Crispa (alma çipsləri) əməkdaşlarının göndərdiyi təamların dadına baxdılar. Təlimə əyləncə qatmaq məqsədi ilə lotereya keçirildi və şanslı rəqəmlərə Mazarina MMC, Ovod kitab evi, Simurq travel, Upper education tərəfindən dəyərli hədiyyələr təqdim olundu. Tədbir ümumilikdə 250 dən çox iştirakçı, təlimçilər və sponsor dəvətliləri ilə 6 saat davam etdi. Sonda xatirə fotosu çəkildi. Layihə müddətində 150-dən çox bilet satışı həyata keçirildi və xeyriyyə qutusu ilə birlikdə yığılan məbləğ Neyroblastoma xəstəliyindən əziyyət çəkən 6 yaşlı Şəmsin valideynlərinə təhvil verildi. “Boomerang”- Burada etdiyiniz və öyrəndiyiniz hər şey bir gün mütləq şəkildə sizə geri dönəcəkdir.

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 60
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 32
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 38
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1027
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 455
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 276
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 518
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 141
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 390
Digital Marketing üz...