Bazar, 15 Mart, 2026

“Böyük mühasib” axtarılır!


  • Dərc edildi: 2 Fevral, 2018 - 02:01
“Böyük mühasib” axtarılır!

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzi MMC “Böyük mühasib” vəzifəsinə vakansiya elan edir: Tələblər Təhsil: Ali-iqtisadi Təcrübə: 3-5 il IT biliklər: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.) Dil: İngilis – B1-B2 səviyyə, Rus – B1-B2 səviyyə   Funksiyalar

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları yerinə yetirir;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
  • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir;
  • İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlayır;
  • Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmilə
    şdirir
  Bilik və bacarıqlar Təşkilatçılıq II səviyyə Mürəkkəb vəziyyətlərdə vaxtın idarə edilməsi; Dəyişən mühitdə tapşırıqların həyata keçirilməsini prioritetləşdirmək bacarığı; Funksiyaların və mürəkkəb tapşırıqların həyata keçirilməsi üçün uyğun metodların seçilməsi; Qurumda proseslərin daha yaxşı təşkil edilməsi üçün təkliflər vermək.   Ünsiyyət III səviyyə Deyiləni aydın şəkildə anlamaq üçün digərlərinə aktiv şəkildə qulaq asmaq; Məlumatı qısa, aydın və dəqiq ötürmək; Müxtəlif insanlarla müxtəlif ünsiyyət növlərindən istifadə etmək (məlumatı ötürmək üçün münasib ünsiyyət növünü seçmək).   Təhlil III səviyyə Həll edilməli olan problem/tapşırıq barəsində müxtəlif mənbələrdən məlumat toplamaq; Problemin/tapşırığın komponentləri arasında qarşılıqlı əlaqəni müəyyən etmək; Problemin həll yolunu, yaxud yerinə yetirilmiş tapşırığı məntiqi şəkildə izah edə bilmək. Peşəkar bilik və bacarıqlar II səviyyə Funksiyaların həyata keçirilməsi üçün lazım olan hüquqi tənzimləmə və prosedurları bilmək (Nəzarət ve maliyyə hesabatlarının beynəlxalq standartlarını, “Mühasibat uçotu haqqında” AR Qanunu, Mülki hüquq, əmək, maliyyə qanunvericiliyini, maliyyə, vergi ve maliyyə fəaliyyəti haqqında normativ ve metodoloji materialları, 1C proqramı); Gündəlik funksiyaları yerinə yetirmək və mürəkkəb problemləri həll etmək üçün lazım olan bilik və bacarıqların olması; Yerinə yetirilən funksiyalar sahəsində qabaqcıl təcrübə, xəbərlər və trendlərlə maraqlanmaq.   Müraciət etmək istəyənlər CV-lərini mövzu yerinə “Böyük mühasib” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.

Ən Son Məqalələr

Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 27
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1009
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 419
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 270
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 507
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 137
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 382
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 479
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 575
Məktəblərdə Metodist...