Cümə, 3 Aprel, 2026

Bu şəhərlərin lisey və gimnaziyalarında I sinfə qəbul imtahansız keçirilir!


  • Dərc edildi: 26 Mart, 2018 - 00:14
Bu şəhərlərin lisey və gimnaziyalarında I sinfə qəbul imtahansız keçirilir!

“Bu il Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərindəki bütün lisey və gimnaziyalara şagirdlərin I sinfə qəbulu zamanı ərazi prinsipi tətbiq olunmayacaq. Buna görə də istənilən valideyn yaşadığı yerdən asılı olmayaraq, öz uşağının həmin məktəbə imtahan vermədən qəbul edilməsi üçün müraciət edə bilər”. EduOnline.Az-ın məlumatına görə, bunu Trend-ə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərindəki bütün lisey və gimnaziyalara şagirdlərin I sinfə qəbulu müsabiqəsiz, yəni imtahansız keçiriləcək. C.Valehov bildirib ki, növbəti illərdə həmin məktəblərə I sinfə qəbul zamanı ərazi prinsipinin tətbiq olunub-olunmayacağı ilə bağlı qərar bu ilki qəbulun nəticələri təhlil edildikdən sonra veriləcək. Sektor müdiri deyib ki, əgər gimnaziya və liseylərin I sinfinə qəbulu zamanı uşağın imtahan verməsi tələb olunarsa, valideynlər bununla əlaqədar, eyni zamanda sənəd qəbulu zamanı ortaya çıxan digər anlaşılmaz hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətti”nə şikayət edə bilərlər. C.Valehov əlavə edib ki, artıq bu gün saat 10.00- dan başlayaraq Abşeron rayonu, Sumqayıt və Gənc

ə şəhərləri üzrə ümumi təhsil məktəblərinə I sinfə şagird qəbulu üçün 8500 nəfər www.mektebeqebul.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçib. Ümumilikdə 3 bölgə üzrə daha 8500 uşağın qeydiyyatdan keçəcəyi gözlənilir. Bu il Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 17 min uşağın I sinfə gedəcəyi proqnozlaşdırılır. Xatırladaq ki, indiyədək Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərindəki bütün lisey və gimnaziyalara I sinfə şagird qəbulu müsabiqə ilə həyata keçirilib. Fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin onlayn qeydiyyatı martın 12-dən sentyabrın 15-dək həyata keçirilir. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. Eyni zamanda Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunacaq.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 258
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 425
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 90
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 88
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1129
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 581
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 321
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 578
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 181
VI Azərbaycan Astron...