Çərşənbə, 25 Mart, 2026

Buktreyler Festivalında iştirak etməyə tələs!


  • Dərc edildi: 13 Mart, 2019 - 18:46
Buktreyler Festivalında iştirak etməyə tələs!

Festivalın məqsədləri:

  • kitab və mütaliənin cəmiyyətimizdə təbliği;
  • mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi;
  • kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması;
  • buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafı.

Sevdiyiniz kitabın buktreylerini çəkin və qalib olun:

Festivalda iştirak şərtləri aşağıdakılardır:

  • Festivalda yaşından asılı olmayaraq arzu edən hər kəs iştirak edə bilər;
  • Festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) Azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak edir;
  • Festivala bir iştirakçı tərəfindən təqdim olunan Buktreylerlərin sayına məhdudiyyət qoyulmur;
  • Festivala təqdim edilmiş Buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına iştirakçı zəmanət verir. Əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti iştirakçı daşıyır;
  • Buktreylerlərdə Qanunvericiliyə zidd olan; siyasi, dini, irqi və milli ayrıseçkiliyi təbliğ edən; senzuradan kənar ifadələri, pornoqrafik materialları və siqaret əks etdirən məzmun qadağandır;
  • təqdim edilmiş Buktreylerlər Münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır;
  • iştirakçıların Buktreylerləri müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən Festivalın təbliği məqsədilə istifadə edilə bilər, eləcə də Festivalın rəsmi saytında və internet resurslarda (saytlar, KİV, sosial şəbəkələr, YouTube və s.) yerləşdirilə bilər.

Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:

    • xronometrajı: max. 3 dəqiqəyədək;
    • formatı: mov, mp4, mpeg, mpg, avi, wmv;
    • minimal ölçüsü: 1080p Full HD (1920x1080);
    • media forması: oyun (aktyorların iştirakı ilə), qeyri-oyun (aktyorların iştirakı olmadan), animasiya (çizgi filmi);
    • əvvəldə Festivalın və dəstəkçilərin loqoları (yüklə: .mpg) yerləşdirilməlidir;
    • sonda Buktreylerin aid olduğu kitabın fotosu və Festivalın saytının ünvanı (yüklə: .mpg) yerləşdirilməlidir;
    • Festivalın təşkilinə aidiyyatı olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və sponsorlar barədə məlumat əks etdirilməməlidir.
  • * – İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.
  • ** – Buktreylerlər burada qeydiyyatdan keçirilməlidir, müəllifin Şəxsiyyət Vəsiqəsinin və Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surəti təqdim edilməlidir.
  • *** – Son müraciət tarixi: 1 Aprel, 2019

Əlavə məlumat üçün: [email protected]

MÜKAFATLAR

 

Mədəniyyət Nazirliyi tərəfindən:

I yer - 1.000 AZN

II yer (2 nəfər) - 800 AZN

III yer (3 nəfər) - 500 AZN

 

Azercell şirkəti tərəfindən:

"Ən yaxşı mobil buktreyler" nominasiyası - 1.000 AZN

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 152
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 290
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 56
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 54
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1058
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 509
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 291
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 536
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 157
VI Azərbaycan Astron...