Çərşənbə, 2 İyul, 2025

“CAN AZƏRBAYCAN” Respublika Yaradıcılıq Müsabiqəsi - Mükafat fondu 850 AZN


  • Dərc edildi: 7 Dekabr, 2020 - 14:36
“CAN AZƏRBAYCAN” Respublika Yaradıcılıq Müsabiqəsi - Mükafat fondu 850 AZN

“CAN AZƏRBAYCAN” Respublika Yaradıcılıq Müsabiqəsi elan olunur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, IWS Globe Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi IWS Azerbaijan və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmiz münasibəti ilə qrafika və akvarel ustaları arasında “CAN AZƏRBAYCAN” Respublika Yaradıcılıq Müsabiqəsi elan olunur. Tədbir akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə həyata keçirilir. Qrafika və akvarel texnikası ilə çalışan rəssamların iştirakı xahiş olunur. Həmçinin, mükafat almadan tədbirə dəstək məqsədilə əsər təqdim etmək olar. Müsabiqədə 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkələrdən olan qrafika və akvarel ustaları iştirak edə bilər.

  • Mövzu: Azərbaycan.
  • Ölçü sərbəstdir.
  • Bütün işlər orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır.
  • İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin əsas seçimlərdə sərgidə yalnız bir əsər nümayiş olunacaq.
Sərgidə iştirak ödənişsizdir. Əsərləri facebookda Bakı Xətai Sənət Mərkəzi (https://www.facebook.com/groups/144172178999749/?ref=share) qrupunda müəllifin Adı,Soyadı, əsərin adı, texnika və ölçüsü, iştirakçının e-mail ünvanı qeyd etməklə 2021-ci ilin mart ayının 5-dək onlayn qaydada yerləşdirməyiniz xahiş olunur. İlk seçim onlayn qaydada aparılacaq. Seçilmiş əsərlərin müəllifləri sərgidə iştrak etmək üçün üçün dəvət ediləcəkdir. Qalib olmuş müəlliflərin əsərləri Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaqdır. Mükafat fondu
  • I yer – 500 manat – 1 yer
  • II yer – 250 manat – 2 yer
  • III yer – 100 manat – 3 yer
  • Həvəsləndirici mükafat 5 yer – akvarel dəsti
  Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulmuşdur. Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif ediləcəklər. Sərgi - müsabiqə Xətai Sənət Mərkəzində keçiriləcək.   Qeyd: Tədbir “COVİD-19” pandemiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri aradan qaldırılarsa adi qaydada, əks təqdirdə onlayn keçiriləcəkdir.   Ətraflı: Azərbaycan Dövlət Rəsm Qalereyası www.azgallery.az ( http://azgallery.az/az/announce/148 ) Xətai Sənət Mərkəzi www.xsm.az ( https://xsm.az/site/tedbirler/ )

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 05:03 11
“Texnologiyanın tətb...
Ödənişsiz və Təqaüdlü 10 müxtəlif Peşə Hazırlığı kursuna Qeydiyyat!
10 İyun, 2025 - 21:00 401
Ödənişsiz və Təqaüdl...
Mükafat fondu 30.000 AZN olan bütün regionlar üzrə inkubasiya proqramına qeydiyyat!
08 May, 2025 - 17:02 275
Mükafat fondu 30.000...
"Gənc Tədqiqatçılar 2" proqramına QEYDİYYAT!
02 May, 2025 - 16:52 383
"Gənc Tədqiqatçılar ...
TAM FƏRQLI TRABZON-RIZƏ-BATUMI TURU
02 May, 2025 - 11:52 273
TAM FƏRQLI TRABZON-R...
İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub
29 Aprel, 2025 - 19:40 258
İİTKM-də “GIS-Tech M...