Şənbə, 20 Dekabr, 2025

Cənub bölgəsində icbari tibbi sığorta ilə bağlı maarifləndirici seminarlar uğurla sona çatıb


  • Dərc edildi: 21 Oktyabr, 2019 - 18:16
Cənub bölgəsində icbari tibbi sığorta ilə bağlı maarifləndirici seminarlar uğurla sona çatıb

Cənub bölgəsində icbari tibbi sığorta ilə bağlı maarifləndirici seminarlar uğurla sona çatdı. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi 15-19 oktyabr 2019-cu il tarixlərində cənub bölgəsində fəal gənclər və tibb işçiləri üçün “İcbari tibbi sığorta ilə sağlam gələcəyə doğru” layihəsini həyata keçirmişdir. Təşkilatın rəhbəri Rövşən Bağırovun verdiyi məlumata görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanı ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməyə başlamışdır. Layihə çərçivəsində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilmiş, icbari tibbi sığortanın tətbiqinin üstünlükləri və əhəmiyyəti barədə əhaliyə məlumat verilmişdir. Fərmana görə Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılmış və 2020-ci il yanvarın 1-dən etibarən icbari tibbi sığorta sisteminin Azərbaycan Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərinin və tədbirlərin görülməsi barədə göstəriş verilmişdir. Onu da qeyd etmişdir ki, həyata keçirdiyimiz bu layihənin məqsədi ictimaiyyət arasında və sosial mediada icbari tibbi sığorta ilə bağlı maarifləndirmə işini gücləndirməkdən ibarətdir. Layi

hə çərçivəsində Astara, Lənkəran, Lerik, Masallı və Cəlilabad rayonlarının hər birində fəal gənclər və tibb işçiləri üçün yarım günlük maarifləndirici seminarlar və dəyirmi masalar həyata keçirilmişdir. Tədbirlərdə həkim-ekspert Allahverdi Alıyev iştirakçılara icbari tibbi sığortanın məqsədi, xidmətlər zərfi və ona daxil olan tibbi xidmətlər, müraciət qaydaları, ambulator və stasionar müayinə və müalicə, sığorta üçün ödəniləcək məbləğ və onun qaydaları, sığortalıların hüquq və vəzifələri və sair haqqında iştirakçılara geniş məlumat vermiş, maraqlı fikirlər və təkliflər səsləndirilmişdir Tədbirlərdə birbaşa olaraq 100 nəfərdən çox insan icbari tibbi sığorta mövzusunda məlumatlandırılmış və daha çox insanları maarifləndirmək üçün icbari tibbi sığorta mövzusunda 500 ədəd buklet nəşr edilərək əhali arasında paylanılmışdır. Bundan başqa icbari tibbi sığorta haqqında hazırlanmış video çarx youtube kanalına yüklənərək sosial şəbəkələrdə yayımlanacaqdır.

Ən Son Məqalələr

SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 106
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 44
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 41
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 66
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 659
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 252
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 253
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 562
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 581
Qubadlıya öz sahiblə...