Çərşənbə axşamı, 7 Aprel, 2026

Cənuba 3 günlük İNFOTUR (Lerik, Lənkəran, Astara): "Regionlarda yaşıl kənd turizmin təbliği və təşviqi" layihəsi


  • Dərc edildi: 10 Noyabr, 2022 - 13:17
Cənuba 3 günlük İNFOTUR (Lerik, Lənkəran, Astara): "Regionlarda yaşıl kənd turizmin təbliği və təşviqi" layihəsi

"Regionlarda yaşıl kənd turizmin təbliği və təşviqi" layihəsi çərçivəsində İNFOTUR proqramı: Bu infotur proqramı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin icra etdiyi “Regionlarda yaşıl kənd turizmin təbliği və təşviqi” layihəsi çərçivəsində təşkil edilir. Layihə çərçivəsində Azərbaycan Respublikasında yaşayan bu müraciət forması əsasında seçiləcək ictimai fəal gənclər, KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər maraqlı tərəflərdən müəyyən ediləcək 18-35 yaş arası 18 nəfər şəxs üçün kənd turizmi imkanlarını dəyərləndirmək və regiondakı potensial imkanları təbliğ etməkdən ötrü Lerik, Lənkəran, Astara rayonlarına 3 günlük İNFOTURun təşkili planlaşdırılmışdır. İnfoturun 19, 20, 21 noyabr 2022-ci il (həftənin şənbə, bazar və bazar etəsi günü) tarixində təşkili nəzərdə tutulmuşdur. Proqrama seçiləcək şəxslər infoturun başlanmasından 1 gün əvvəl Lerik rayonunda iştirakçılar üçün ayrılan məkanda (kənd evi) yerləşdiriləcək. İnfotur proqramını tam olaraq başa vuran iştirakçılara müvafiq sertifikat təqdim ediləcəkdir. Layihənin məqsədi regionlarda müvafiq olaraq kənd yaşıl turizminin inkişafı istiqamətində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, bu sahədə ailə kəndli təsə

rrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və yerli turizm məhsul və xidmətlərinin istehlakçılara çatdırılmasını təşviq etməkdir. Müraciət prosedurası və iştirakçıların seçimi: İnfotur iştirakçıları müraciət formasında əks olunan əsaslandırılmış və yüksək motivasiyalı qeydlərinə uyğun olaraq seçiləcək. Seçilmiş namizədlərə 15.11.2022 tarixində məlumat veriləcək, onların yerləşmə məkanı və digər lazımi texniki-təşkilati dəstək göstəriləcəkdir. Seçilmiş namizədin hər hansı səbəbdən iştirak etməyi mümkün olmadıqda infoturun başlamasından ən azı 2 gün əvvəl təcili olaraq təşkilatçılara məlumat verməlidir. İştirakçıların xərcləri: Proqram müddətində 3 gün ərzində iştirakçıların kənd evlərində yerləşməsi, gündə 3 dəfə yemək, çay-kofe xərcləri, proqramdaxili (yerləşmə məkanına gəliş və gediş daxil deyil) nəqliyyat xərcləri, dəftərxana ləvazimatları ilə təmin olunma layihə tərəfindən qarşılanır. Müraciətin son tarixi: Müraciət forması namizəd tərəfindən doldurulmalı "Təqdim edin və ya Submit" düyməsi basılaraq göndərilməlidir. Müraciət forması 12.11.2022-ci il, saat 18:00-dək göndərilməlidir. Qeydiyyat linki

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 12
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 14
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 275
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 449
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 104
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 99
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1150
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 606
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 337
Məktəblilər üçün "FI...