Çərşənbə, 18 Mart, 2026

Cənubda yaşıl kənd turizminin təbliği istiqamətində İNFOTUR baş tutub


  • Dərc edildi: 22 Noyabr, 2022 - 13:37
Cənubda yaşıl kənd turizminin təbliği istiqamətində İNFOTUR baş tutub

Yaşıl kənd turizminin təbliği istiqamətində İNFOTUR proqramı həyata keçirilib Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin icra etdiyi “Regionlarda yaşıl kənd turizminin təbliği və təşviqi” layihəsi çərçivəsində 19 noyabr 2022-ci il tarixindən Lerik, Astara və Lənkəran rayonuna başlayan 3 günlük infotur yekunlaşıb. İnfoturda KİV, QHT, turizm sahəsində çalışan və digər maraqlı tərəflərdən ibarət 18 nəfər iştirak edib. Proqramın ilk günü iştirakçılar Lerik rayonunda Hamarmeşə kəndindəki kənd evində yerləşib və onlara birliyin sədri, layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə barədə geniş məlumat verilib, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb. Birliyin sədr müavini, layihə eksperti Rafət Şirəliyev tərəfindən iştirakçılarla kənd turizmi anlayışı, fəaliyyətlər və təbliğatın təşkili istiqamətində müzakirələr aparaılıb. İnfotur zamanı iştirakçılar müvafiq olaraq Lerik rayonun Hamarmeşə, Astara rayonun Sım və Tüləgüvan, Lənkəran rayonun Rvo, Haftoni və Xanbulan kəndi və Lənkəran şəhərində olub, kəndlərdə turizm fəaliyyəti ilə məşğul olan ailə kəndli təsərrüfatları ilə görüşlər keçirib, kənd turizmi dəyər zəncirinə daxil olan fəaliyyətlərlə tanış olub və həmin fəaliyyətlərdə birbaşa iştirak ediblər. İnfotur zamanı kənd yeməklərinin hazırlanması, kənd təsərrüfatı işlərində iştirak, kənd ərazilərində gəzinti, Sım şəlaləsinə səfər və Sitrus təsərrüfatında meyvə yığımı, arıçılıq təsərrüfatı ilə tanışlıq, Çay plantasiyası, Xanbulan gölü, Xan evi və digər turizm əhəmiyyətli məkanlara infotur xarakterli fəaliyyətlər icra edilib.

tps://eduonline.az/wp-content/uploads/2022/11/IMG-20221122-WA0112-300x200.jpg" alt="" width="300" height="200" /> Proqramın yekununda Lənkəran şəhərində iştirakçılarla layihənin qiymətləndirilməsi yönümlü toplantı keçirilib və infotur iştirakçılarına sertifikat təqdim edilib. Qeyd edək ki, layihənin məqsədi Kənd yaşıl turizmi istiqamətində ailə kəndli təsərrüfatlarının nümayəndələri ilə kəndlərdə görüşlər təşkil etmək, KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər maraqlı tərəflərin iştirakı ilə təbliğat və təşviqat işlərinin təşkil etməklə bu sahədə mütəşəkkilliyin artırılmasına dəstək olmaqdır. İnfoturdan videolarla buradan tanış ola bilərsiniz: https://youtu.be/BiHi5atJUv4   https://youtu.be/kzLbcNzf82Q   https://youtu.be/mBA9EK4OTkk https://youtu.be/jNV-dV5QuL4 https://youtu.be/HIKj6zL-rc0 https://youtu.be/qHYKGOmaAb4  

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 2
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 29
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 34
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1023
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 442
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 275
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 516
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 141
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 390
Digital Marketing üz...