Cümə, 13 Mart, 2026

Cənub bölgəsində keçiriləcək layihəyə könüllülülər axtarılır!


  • Dərc edildi: 12 Fevral, 2022 - 12:58
Cənub bölgəsində keçiriləcək layihəyə könüllülülər axtarılır!

Cənub bölgəsində yerli sakinlər üçün yeni bir layihənin icrasına başlanıldı... Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində gənclər və gənclər vasitəsilə əhali arasında sağlam həyat tərzinin təbliği” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 5830 (beş min səkkiz yüz otuz) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində gəncləri və gənclər vasitəsilə ictimaiyyəti məlumatlandırmaq, onları zəruri gigiyenik vasitələr və tibbi ləvazimatlarla, habelə maarifləndirici materiallarla təmin etmək və ictimai yerlərdə sağlam həyat tərzini geniş şəkildə təbliğ etməkdən ibarətdir. Layihənin müddəti 3 ay olmaqla, 07 fevral – 07 may 2022-ci il tarixlərini əhatə edəcəkdir. COVİD-19 pandemiyası ilə mübarizədə əhali arasında sağlam həyat tərzinin təbliğini özündə ehtiva edən layihə çərçivəsində Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarının hər birində 18-29 yaşarası ümumilikdə 12 nəfər könüllü gənc müəyyən edilərək onlar üçün pandemiya dövründə davranı�

� qaydalarına dair təlimat hazırlanacaq, aidiyyəti sahədə bukletlər də daxil olmaqla, həmin könüllülər zəruri gigiyenik vasitələr (dezinfeksiyaedici gel, spirt və s.) və tibbi ləvazimatlarla (maska, əlcək və s.) təmin olunacaqlar. Təlimatlandırılmış və zəruri materiallarla təchiz edilmiş gənclər tərəfindən Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarındakı ictimai yerlərdə sakinlərə müvafiq bukletlər, müxtəlif gigiyenik vasitələr və tibbi ləvazimatlar paylanılmaqla, əhali arasında geniş maarifləndirmə və məlumatlandırma işləri həyata keçiriləcəkdir. Layihədə könüllü fəaliyyət göstərən ümumilikdə 12 nəfər gənc yekunda təşkilat tərəfindən xüsusi qısaqol köynəklərlə və müvafiq sertifikatlarla təltif olunacaqdır. Məlumat üçün bildirək ki, Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarında layihə çərçivəsində könüllü kimi iştirak etmək istəyən yerli gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Əlaqə” bölümünə daxil olmaqla və ya birbaşa [email protected] adlı elektron poçtuna özü barədə tərcümeyi-halı (CV) dolğun formada (özü və təhsili haqqında tam məlumat, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması və s.) hazırlayıb 07 mart 2022-ci il, saat 24.00-adək ictimai birliyə göndərməlidir.

Ən Son Məqalələr

Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 13
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 992
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 393
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 263
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 495
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 134
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 377
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 469
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 563
Məktəblərdə Metodist...