Çərşənbə, 4 Fevral, 2026

Collezione İtalia


  • Dərc edildi: 15 Sentyabr, 2018 - 10:05
Collezione İtalia

İş barədə məlumat:
  • Satışın təşkil olunması, satış siyasətinin inkişaf etdirilməsi və satışa nəzarətin həyata keçirilməsi;
  • Bazar araşdırılmasının aparılması, satışın proqnozlaşdırılması və rəhbərliyə aylıq, rüblük və illik hesabatların təqdim olunması, satışın həcminin artırılması məqsədi ilə gündəlik satış və xərclər barədə məlumatların təhlil olunması, digər zəruri maliyyə təhlillərin aparılması;
  • Mövcud müştəri bazasının genişləndirilməsi istiqamətində strateji planın hazırlanması, korporativ müştərilərlərlə əlaqələrin genişləndirilməsi üçün danışıqların aparılması;
  • Satış planının analiz olunması, perspektiv və cari satış planlarının hazırlanması;
  • Satış departamentinə yeni işçilərin seçilməsində iştirak olunması, yeni işçilər üçün adaptasiya və oriyentasiya planının hazırlanması və onun icrasına nəzarət edilməsi;
  • Satış planına uyğun olaraq işçilər arasında iş bölgüsünün aparılması, iş qrafiklərinin və ya işçilərin iş rejiminin planlaşdırılması;
  • Satış nümayəndələrinin təlim və inkişaf planının hazırlanması, təlimlərin keçirilməsinin təşkili, satış nümayəndələrinə müvafiq təlimlərin verilməsi;
  • Satış nümayəndələrinin peşəkar imkanlarının qarşıya qoyulan məqsəd və tapşırıqlara uyğunluq səviyyəsinin müəyyən olunması, performans (KPİ-lara əsasən - məhsullar, məhsulların xarakteristikası, satış texnikası, müştərilərə xidmət səviyyəsi, ünsiyyət bacarıqları, əmək intizamı, vəzifə öhdəlikləri, korporativ normalara riayət olunma, və s.) dəyərləndirilməsinin aparılması;
  • Malı müşayiət edən sənədin (sertifikat, passport və s.) mövcudluğunun yoxlanılması, etibarlılıq müddətinin nəzarətdə saxlanması, çatışmazlıqlar aşkar olunduqda aidiyyəti şəxslərə məlumatın verilməsi;
  • İllik satış planının , təşviqat (PR) proqramının, reklam və marketinq materiallarının hazırlanmasında, reklam və satış kampaniyaları üçün müxtəlif təkliflərin verilməsində iştirak edilməsi və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Bençmarkinq, rəqib şirkətlərin fəaliyyəti haqqında məlumatların toplanmasının təşkili;
  • Şirkətin sərgilərdə və konferensiyalarda təmsil olunması, məhsulların tanıdılması üçün planın hazırlanması;
Tələblər:
  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, marketinq, biznesin təşkili və idarəedilməsi üzrə təhsili olanlara üstünlük veriləcəkdir);
  • Mebel satışı sahəsində “Satış rəhbəri” vəzifəsində 3 ildən az olmayaraq iş stajına malik olmalı
  • Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı
  • Kompyuterdə sərbəst işləmə bacarığı (Ms. Word, Excel, Power Point, Outlook)
  • Yüksək analitik düşüncə, idarəetmə qabiliyyəti və konfliktlərin həll olunması bacarığına malik olmalı.
  • “Lüks” sinfinə mənsub brendlərlə iş təcübəsi olanlara üstünlük veriləcək.
Əlavə məlumat:
  • İş vaxtı saat 10:00-19:00 (altıgünlük)
  • Əmək haqqı -1500 manat
  • Satışdan bonus 1000-2500 manatadək
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Satış şöbəsinin rəhbəri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!

Şirkət haqqında

Collezione Italia Azərbaycanın inşaat sektorunda artıq geniş bir vüsət alaraq ən geniş yayılmış sahələrindən biri kimi qəbul edilən lyuks inşaat məshullarının satışını təşkil edən nüfuzlu nümayəndələrindən birincisidir. Collezione Italia inşaat sektorunda fəaliyyət göstərərək müştərilərinə Avropanın ən nüfuzlu markalarını idxal edərək xidmət göstərir.

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 37
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 162
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 17
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 170
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 265
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 369
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 472
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 58
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 347
Ted1.az saytı SATILI...