Cümə, 24 Aprel, 2026

Daxili nəzarət şöbəsinin Baş mütəxəssisi (hüquqşünas)


  • Dərc edildi: 13 Sentyabr, 2018 - 17:00
Daxili nəzarət şöbəsinin Baş mütəxəssisi (hüquqşünas)

İşin təsviri: Baş mütəxəssis şöbənin Əsasnaməsinə müvafiq olaraq Daxili Nəzarət Şöbəsinin yuxarı vəzifəli işçi heyətini şöbənin fəaliyyəti istiqamətində dəstəkləyir. Baş mütəxəssis daxili nəzarət alətlərindən istifadə etməklə Cəmiyyətin mövcud vəziyyətini təhlil edir, riskləri və onların təsirini aşkarlayır və daxili nəzarətin qabaqlayıcı (preventiv) və sonrakı (detektiv) tədbirləri ilə əlaqədar tövsiyyələr verir. Əsas vəzifə və öhdəliklər: • Metodologiyanın hazırlanması və tətbiqi: - Siyasət, prosedur və qaydaların, habelə metodologiyanın dəyişdirilməsi, yenilərinin hazırlanmasında iştirak edir; - Tamlıq, dəqiqlik və səmərəliliyi təmin etmək üçün bütün siyasət, prosedur və qaydaların dövrü olaraq (illik) qiymətləndirilməsini təşkil edir; -Cəmiyyətdə qısa, orta və uzunmüddətli inkişaf planlarının (strateji, taktiki və ya əməliyyat planı) hazırlanmasında iştirak edir; -Siyasət, prosedur və qaydalarda edilən dəyişikliklərin Cəmiyyətin əməkdaşlarına müvafiq qaydada çatdırılmasını təmin edən mexanizmləri yoxlayır, habelə müvafiq çatdırılmanı təmin etmək üçün təşkil olunan təlimlərin effektivliyinə nəzarət edir. • Kamplayns (uyğunluq) üzrə nəzarət: - Cəmiyyətin mövcud siyasət, prosedur və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirir; - Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin

tələblərinə uyğunluğunu və yayınmaları qiymətləndirir; -Cəmiyyətin PY və TM ilə bağlı siyasətin tətbiqinə, habelə tənzimləyici orqan qarşısında hesabatlılığın təmin olunmasına nəzarət edir. • Daxili tədqiqatların aparılması: -Qanunvericiliyin, habelə daxili qayda, prosedur və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır; -Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir. Tələb olunan meyarlar: • Təhsil: Hüquq ixtisası üzrə ali təhsil; • Bilik, bacarıq və səriştələr: Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi • İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə iş təcrübəsi. (Hüquq-mühafizə orqanlarında iş təcrübəsinə malik olan şəxslər arzuolunandır) • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (səlis), Microsoft Office və digər proqramlar Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Daxili nəzarət şöbəsinin baş mütəxəssisi (hüquqşünas)" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)[email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Ən Son Məqalələr

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 11
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 77
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 76
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 62
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 324
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 513
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 139
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 141
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1219
SOCAR-ın Sumqayıt və...